
Konqo Demokratik Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 4 381-ə çatıb. Ölkədə indiyədək 9 066 yoluxma halı təsdiqlənib.
BAKU.WS xəbər verir ki, epidemiyanın yayıldığı 7 əyalətdə 65 səhiyyə bölgəsi təsirlənib. Yoluxmaların 70 faizindən çoxu ölkənin şərqində yerləşən İturi əyalətinin payına düşür. Ümumi ölüm göstəricisi 48,3 faiz təşkil edir.
Mayın 15-də elan edilən epidemiya ölkə tarixində ən böyük və ən ölümcül Ebola epidemiyası hesab olunur. Virusa qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə üsulu hələlik yoxdur, klinik sınaqlar isə davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.