
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların təsdiqlənmiş sayı 7 022-yə çatıb.
BAKU.WS xəbər verir ki, epidemiyanın başladığı may ayının ortalarından indiyədək virus səbəbindən 3 398 nəfər ölüb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur.
Ölkədə Ebola epidemiyası artıq 17-ci dəfə qeydə alınır. Virusun əsas ocağı şimal-şərqdəki İturi əyalətidir və indiyədək 7 əyalətə yayılıb.
AFP-nin məlumatına görə, yeni tədris ilinin başlaması ilə virusun məktəblilər arasında yayılması sürətlənib və bu, tibb müəssisələrinin yükünü daha da artırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.