
Konqo Demokratik Respublikasında "Ebola" virusunun yayılması davam edir. Son rəsmi məlumatlara görə, ölkədə yoluxanların sayı 2 267 nəfərə, virusdan ölənlərin sayı isə 893-ə çatıb.
AVESTA.AZ xəbər verir ki, son 24 saat ərzində daha 86 yoluxma və 29 ölüm halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı bu epidemiyanı tarixdə qeydə alınan ən böyük üçüncü "Ebola" yayılması kimi qiymətləndirərək, virusun son aylarda əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayıldığını vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.