
Ukrayna ordusunun Rusiyanın Tatarıstan bölgəsinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilir.
AVESTA.AZ-in məlumatına görə, Tatarıstan rəhbərinin mətbuat xidməti açıqlayıb ki, Nijnekamsk şəhərində avtomobilə PUA zərbəsi nəticəsində 2 nəfər həyatını itirib.
Hücumlar zamanı sənaye və mülki obyektlərə də ziyan dəyib. Nəticədə 12 nəfərin yaralandığı açıqlanıb.
Hazırda Nijnekamskda hücumdan sonra müəssisələrdən birində başlayan yanğının söndürülməsi davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.