Bu gün, 17:48 129

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm tərkib hissəsi olan Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) - Zəngəzur dəhlizi ilə bağlı proseslər diqqət çəkir. Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də əsas müzakirə istiqamətlərindən biri məhz Zəngəzur dəhlizi olub.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da mediaya açıqlamasında bildirib ki, TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür. Eyni zamanda, ABŞ-dən olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür.

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

"Son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir"

Nazir qeyd edib ki, razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır:

"Bizə verilən məlumata görə, danışıqlar uğurla davam etdirilir. Hesab edirik ki, bu layihənin bir qədər tez icra olunması daha yaxşıdır. Çünki layihə həm Azərbaycan, həm Ermənistan, eləcə də digər maraqlı ölkələr üçün olduqca faydalıdır. Azərbaycan layihənin icrası istiqamətində üzərinə düşən işləri uğurla davam etdirir. Eyni zamanda, dövlətimizin başçısının göstərişinə əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Sözügedən layihədə iştirak etməkdə maraqlı beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar aparılır".

Nazir bu istiqamətdə konkret vaxt da açıqlayıb.

"Son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir", - deyə o bildirib.

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

Bakı və İrəvanın ortaq yanaşması

TRIPP-lə bağlı digər mühüm məqam sərhədlərin delimitasiyası ilə bağlıdır. Layihənin giriş və çıxış nöqtələrində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik konkret razılaşmalar olmasa da, bu istiqamətdə də tərəflər arasında intensiv müzakirələri aparıldığı bildirilir. Ümumilikdə sərhəd məsələsində Bakı və İrəvanın ortaq yanaşması bəllidir.

"Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var", - deyə C.Bayramov bildirib.

XİN başçısı daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb. Təbii ki, spesifik məsələlər sırasında Zəngəzur dəhlizi ilə bağlı məqamlar da öz əksini tapır.

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

Ermənistandan gələn müsbət mesajlar

Məsələ ilə bağlı İrəvandan gələn mesajlar da müsbətdir. "Azərbaycan və Ermənistan dövlət sərhədinin "Tramp Marşrutu"nun keçəcəyi hissəsinin delimitasiyasını apara bilər", - deyə Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib:

"TRIPP həyata keçirilməyə başlayanda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft və qaz kəmərlərinin çəkiləcəyi sahələrdə qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Yəni, lokal sahələr baxımından delimitasiya məntiqinin dəyişməsi mümkündür, lakin ümumi məntiq ondan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır".

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

Vaşinqtonun koordinasiyalı fəaliyyəti

TRIPP-lə bağlı əsas aparıcı rola malik tərəflərdən biri təbii ki, ABŞ-dir. Bu baxımdan Vaşinqtonun sözügedən istiqamətdə atdığı addımlar da maraq doğurur. Ağ Evin sözügedən məsələdəki aktivliyi Zəngəzur dəhlizinin qısa müddətdə reallaşması ehtimalını da artırır. Vaşinqtonun bu məsələdə yürütdüyü siyasət təqdirəlayiqdir. Əsas müzakirələrin İrəvan və Vaşinqton arasında aparılmasına baxmayaraq, ABŞ-nin rəsmi Bakını da daim məlumatlandırması, koordinasiyalı fəaliyyətə və tərəflərin maraqlarının uzlaşdırılmasına ciddi dəstək verməsi mühüm məqamlardandır. Bu xüsusda ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Alenin Azərbaycana səfəri diqqət çəkir.

Qeyd edək ki, sentyabrın 8-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Alen ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Tərəflər Tramp Marşrutunun icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum

Azərbaycan səfərindən əvvəl isə ABŞ-nin müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin Siyasi planlaşdırma şöbəsinin baş məsləhətçisi Conatan Askonasın da aralarında yer aldığı İrəvan və Vaşinqton nümayəndələri TRIPP layihəsi çərçivəsində yolun Ermənistan hissəsinin tikintisinin davam etdiyi Sünik vilayətinə birgə səfər ediblər.

TRIPP-in imkanlarını müzakirə etmək üçün yerli özünüidarəetmə orqanlarının və icmaların nümayəndələri ilə görüşlər keçiriblər.

Göründüyü kimi, rəsmi Bakının sülh istiqamətində ortaya qoyduğu qətiyyətli mövqe, siyasi iradə və çevik diplomatiya sayəsində bir zamanlar xəyal kimi görünən Zəngəzur dəhlizi layihəsi artıq reallığa çevrilməkdədir.

Paylaş

Xəbər lenti

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR