
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket atıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılışlar şənbə günü yerli vaxtla saat 05:20-də Vonsan bölgəsindən həyata keçirilib.
Raketlər təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.
Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin texniki göstəricilərini araşdırırlar. İlkin ehtimallara əsasən, buraxılışlar "Hvason-11" seriyalı ballistik raketləri və 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin mərmilərini əhatə edib.
Hadisə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından cəmi bir gün sonra baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.