
"Real"ın baş məşqçisi Joze Mourinyo ötən mövsüm Federiko Valverde və Orelen Tçuameni arasında baş verən insidentlə bağlı danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yarımmüdafiəçiləri barışdırmaq üçün heç bir səy göstərmədiyini bildirib.
"Mən heç nə etmədim, hər şeyi özləri etdilər. Komandadakı qarşılıqlı dəstək, dostluq, birlikdə qalib gəlib uduzmaq bacarığı hər şeydən xəbər verir. Onların münasibətinə baxanda adamda elə təəssürat yaranır ki, sanki onlar ən yaxın dostlardırlar", - deyə Mourinyo açıqlamasında qeyd edib.
Xatırladaq ki, ötən il mayın 7-də komandanın məşqi zamanı Valverde ilə Tçuameni arasında sözlü mübahisə yaşanmış, sonradan bu münaqişə paltar dəyişmə otağında əlbəyaxa davaya çevrilmişdi. Nəticədə uruqvaylı futbolçu başından xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, hər iki oyunçu isə 500 min avro məbləğində cərimələnmişdi. Mourinyo isə Madrid nəhənginin sükanına ötən yay keçib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.