
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində Azərbaycanın tanınmış nümayəndələri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstləri ilə tanış olublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, diplomatlara bildirilib ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və orada onları metal qırıntısı kimi əritməyə cəhd göstərilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində abidələr Azərbaycana qaytarılıb.
Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa şəhəri işğaldan azad edildikdən sonra əvvəlki yerlərinə qaytarılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.