
Milli Məclis "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni ratifikasiya edəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, iyulun 31-də "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.