
ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərindən sonra başa çata biləcəyini bildirib.
AVESTA.AZ xəbər verir ki, Tramp bu barədə jurnalist Laura İnqremə müsahibəsində danışıb.
O, qarşıdurmanın seçkilərdən dərhal sonra başa çatmasının mümkün olduğunu, lakin bunun daha əvvəl də baş verə biləcəyini istisna etməyib.
ABŞ lideri İranla bağlı hərbi əməliyyata başlanılması qərarından isə peşman olmadığını vurğulayıb. Tramp bildirib ki, eyni vəziyyət yenidən yaranacağı təqdirdə də analoji qərar qəbul edərdi.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilərin noyabrın 3-də keçirilməsi planlaşdırılır. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü mandat uğrunda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.