
"Fənərbağça"da baş məşqçi İsmail Kartalın gələcəyi ilə bağlı yaranan qeyri-müəyyənliyə aydınlıq gəlib.
BAKU.WS xəbər verir ki, klubun prezidenti Aziz Yıldırım İsmail Kartalın fəaliyyətini davam etdirəcəyini bildirib.
Yıldırım qeyd edib ki, baş məşqçinin istefa qərarından klub rəhbərliyinin xəbəri olmayıb.
Onun sözlərinə görə, son dövrlərdə komandanın fəaliyyəti ilə bağlı müxtəlif şəxslər tərəfindən əsassız qərarlar verilir.
Klub prezidenti İsmail Kartalın hazırda işinin başında olduğunu xüsusi vurğulayıb. O, baş məşqçinin son oyundan sonra üzləşdiyi hadisənin də onun məyusluğuna səbəb olduğunu bildirib. Yıldırımın sözlərinə görə, qarşılaşmadan sonra Kartalın üzərinə su şüşəsi atılıb.
Qeyd edək ki, bir müddət əvvəl İsmail Kartal istefa verdiyini açıqlamışdı. Buna baxmayaraq, klub rəhbərliyi onun vəzifəsində qalacağını bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.