
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ölkənin işğaldan azad edilmiş ərazilərinə - Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, M.Qrono ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.