
Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakini Kırımda dron hücumu zamanı həlak olub
BAKU.WS Oxu.az-a istinadla xəbər verir ki, 45 yaşlı Mahir Məmmədov yük maşını idarə edərkən dron hücumuna məruz qalaraq həlak olub.
Hadisə nəticəsində yük maşını yanıb, içərisindəki yük isə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, mərhumun nəşinin yaxın günlərdə doğulduğu Arıxlı kəndinə gətirilməsi üçün müvafiq işlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.