Bu gün, 12:48 89

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

İctimai nəqliyyatda illərdir müzakirə olunan əsas məsələlərdən biri avtobusların hərəkət qrafikinin sabitliyi, xidmət keyfiyyəti və xüsusilə sərnişin axınının az olduğu saatlarda marşrutların fəaliyyətinin davamlılığıdır. Bu istiqamətdə Azərbaycanda yeni mərhələnin əsası qoyulub: "Brutto müqavilə" modelinin tətbiqinə başlanılıb.

Bu yanaşma daşıyıcıların gəlir əldə etmə prinsipini dəyişməklə yanaşı, ictimai nəqliyyatda xidmətin təşkilinə münasibətin də yenilənməsini nəzərdə tutur. İlk mərhələdə beş müntəzəm marşrutun bu sistemə qoşulması isə yeni modelin praktiki tətbiqinin başlanğıcı sayılır.

"Brutto müqavilə" modelinin tətbiqindən sonra sərnişinlərin gündəlik həyatında konkret olaraq hansı dəyişikliklərin baş verməsi gözlənilir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

Daşıyıcı göstərdiyi xidmətə uyğun subsidiya alacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən model dövlət tərəfindən daşıyıcılara subsidiyanın ayrılmasını nəzərdə tutur. Bununla da daşıyıcılar hər qət etdiyi kilometrə görə ödəniş alacaqlar və qarşılaşdıqları zərər kompensasiya olunacaq:

"Nəticədə, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı, azrentabelli, gecə saatlarınadək çalışan marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq. Sərnişinlər isə xidmət keyfiyyətinin, müasir avtobusların sayının artmasını, intervalların azalmasını, daha gec saatlaradək xidmətin aparılmasını və uzaq məsafələrə hərəkət etməsini müşahidə edəcəklər".

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

Sərnişinlərin məsafəyə görə pul ödəmələrinə gəlincə, qurumdan bildirildi ki, bu, konkret bir rəqəm olmadığından, daşıyıcıya ödəniləcək məbləğ əvvəlcədən müəyyən edilmədiyindən Nazirlər Kabinetinin 250 nömrəli qərarı ilə təsdiqlənmiş qaydaya uyğun olaraq hesablanır və ödənilir:

"Daşıyıcıların göstərdiyi xidmətin keyfiyyəti hərəkət qrafikinə və intervala riayət olunması, marşrut üzrə nəzərdə tutulan məsafənin qət edilməsi, marşrutda tələb olunan avtobus sayının təmini, xidmətin müntəzəmliyi və əlçatanlığı, müqavilə üzrə müəyyənləşmiş digər tələblərin yerinə yetirilməsi ilə ölçüləcək. Avtobusun gecikməsi, intervalın pozulması, reysin yerinə yetirilməməsi və digər bu kimi hallarda müqavilədə nəzərdə tutulmuş maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Daşıyıcı faktiki olaraq göstərmədiyi və ya müqavilədə müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verməyən xidmətə görə ödəniş əldə edə bilməyəcək".

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

Avtobusda bir sərnişin olsa da hərəkət ediləcək

Nəqliyyat ekspert Rauf Ağamirzəyev dünyanın bütün mühüm şəhərlərinin artıq bu modelə keçdiyini bildirir:

"Bizim gördüyümüz marşrut şəbəkəsinin heç də hamısının doluluq faizi eyni olmur. Rentabellik baxımından bəzən bir marşrut həddən artıq çox yüklüdür, digər marşrutun yüklülük faizi isə aşağıdır. Daşıyıcılar onların müsabiqələrində iştirak etməyə, mövcud marşrut şəbəkəsini yeniləməyə o qədər də həvəsli olmurlar. "Brutto müqavilə" modeli bu problemləri həll edəcək. Daşıyıcılar artıq hər kilometrə görə subsidiya əldə edəcəkləri üçün bu məsafələri yığmaqdan ötrü gecə saatlarına kimi hərəkət etməyə özləri maraqlı olacaqlar. Bu modelə əsasən, hətta avtobusda bir sərnişin olsa belə məsafə gedilməlidir. Bu halda ən rentabelsiz marşrutlar da ictimai vacibliyi nəzərə alınaraq fəaliyyət göstərəcəklər. Beləliklə də mobillik tamlığı ilə təmin olunacaq".

Günlük, həftəlik, aylıq bilet paketləri

Ekspert bu keçidin zamanla baş verəcəyini bildirir:

"Yeni sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin edəcək, xidmət keyfiyyətini artıracaq. Vətəndaşlar üçün əsas odur ki, ictimai nəqliyyat qoyulan qrafiklə fəaliyyət göstərsin. İctimai nəqliyyatın fasiləsizliyi təmin olunduqdan sonra vətəndaşların maliyyə xərcləri optimallaşacaq. Taksiyə, fərdi nəqliyyata üz tutmaqdansa ictimai nəqliyyatla hərəkət edəcəklər".

R.Ağamirzəyevin sözlərinə görə, sərnişinlər üçün digər bir üstünlük günlük, həftəlik, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, tələbələr üçün güzəştli bilet təklifləri olacaq:

"Brutto müqavilə"dən sonra onların xərcləri xeyli optimallaşacaq. 90 dəqiqəlik bilet almaqla, bir neçə nəqliyyat dəyişməklə pulsuz keçidləri təmin olunacaq".

Ekspert bildirir ki, bu model təkcə Bakını deyil, regionları da əhatə edəcək:

"Gəncə şəhərində, Naxçıvanda, Qarabağın şəhərlərində avtobus parkları yenilənib. Növbəti mərhələdə Şəki, Lənkəran, Qəbələ, Sumqayıt kimi şəhərlərdə də avtobus parkları yenilənəcək və bu modellə də daha dayanıqlı fəaliyyət göstərəcək".

"Bütün problemləri aradan qaldıracağını gözləmək düzgün deyil"

İqtisadçı Rəşad Həsənov da hesab edir ki, "Brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər, lakin onun bütün problemləri aradan qaldıracağını gözləmək düzgün deyil:

"Yeni model xüsusilə avtobusların hərəkət intensivliyinin artırılması, intervalların azalması, daşıyıcıların müəyyən keyfiyyət standartlarına əməl etməsi və yeni nəqliyyat vasitələrinin alınması kimi məsələlərdə müsbət nəticələr verə bilər. Lakin ictimai nəqliyyatdakı mövcud problemlərin heç də hamısı daşıyıcıların fəaliyyətindən irəli gəlmir".

İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir?

Ekspert vurğulayır ki, avtobuslarla yanaşı, metro və dəmir yolu nəqliyyatında da əsas iştirakçı dövlətdir. Buna görə də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi yalnız özəl daşıyıcılara tətbiq olunan yeni mexanizmlərlə məhdudlaşmamalı, dövlətin idarə etdiyi nəqliyyat sahələrində də səmərəlilik və xidmət keyfiyyəti artırılmalıdır:

"Nəqliyyat infrastrukturunun, yolların və hərəkətin təşkilinin vəziyyəti də daşıyıcının birbaşa təsir imkanları xaricindədir. Bu amillər ictimai nəqliyyatın sürətinə, intervalına və sərnişinlərin yolda keçirdiyi vaxta birbaşa təsir göstərir".

Paylaş

Xəbər lenti

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu Bu gün, 10:48 FHN Zaqatalada yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib Bu gün, 10:48 KXDR Yapon dənizinə ballistik raketlər buraxıb Bu gün, 09:48 Ledi Qaqa ilk dəfə ana olub Bu gün, 09:48 Joze Mourinyo "Real"dakı münaqişəyə aydınlıq gətirib: "Heç nə etmədim" Bu gün, 09:48 Nepaldakı faciədə həlak olanların sayı artıb Bu gün, 09:48 Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Dünən, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Dünən, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Dünən, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Dünən, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Dünən, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Dünən, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Dünən, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Dünən, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Dünən, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Dünən, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Dünən, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Dünən, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR