
UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah"la üz-üzə gələcək Norveçin "Vikinq" klubu heyətində dəyişiklik edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Vikinq"in futbolçusu Ola Visted başqa kluba icarəyə göndərilib.
Əldə olunan razılaşmaya əsasən, 21 yaşlı gənc yarımmüdafiəçi cari mövsümün sonunadək Norveçin digər komandası olan KFUM-un formasını geyinəcək. Onun müqavilə müddəti 2029-cu ilin sonunadək qüvvədə qalacaq.
Xatırladaq ki, futbol azarkeşlərinin maraqla gözlədiyi "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.