
Macarıstanın Baş naziri Peter Magyar qiymətlərin artması səbəbindən avtomobil sahiblərinə kompensasiya vəd edib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində bildirib.
Magyarın sözlərinə görə, mühərrik gücü 150 at gücündən az olan dizel avtomobillərinin sahibləri yanacaq qiymətlərinin kəskin artması səbəbindən 20.000 forint (yəni 64 dollar) kompensasiya alacaqlar.
Baş nazir qeyd edib ki, hər ailə orta hesabla ayda bir dəfə avtomobilini yanacaqla doldurur, lakin qiymət artımı səbəbindən əvvəlki və hazırkı qiymətlər arasındakı fərq hər doldurma üçün təxminən 5000 forint təşkil edir.
Subsidiya kənd təsərrüfatı məhsulları istehsalçılarına və fərdi sahibkarlara da şamil edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.