
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Hadisə zamanı avtomobildə olan sürücü və sərnişin müxtəlif xəsarətlər alıb. Sərnişin qadının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sonradan qəza zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Xəsarət alanın 33 yaşlı İlkin Abdullazadə, həyatını itirən sərnişinin isə 31 yaşlı Münəvvər Abdullazadə olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.