Bu gün, 13:48 99

Azərbaycanda 47 min iş yeri açılacaq

"Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb".

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Bundan başqa, o xatırladıb ki, sentyabrın 1-nə qədər Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: "Həmin layihələr üzrə 9.3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb".

Azərbaycanda 47 min iş yeri açılacaq

Nazir müavini əlavə edib ki, bu istiqamətdə nəticələrin düzgün qiymətləndirilməsi vacibdir: "Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması bu mənada diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır: "İnfrastruktur xidmətlərinin qiyməti, keyfiyyəti, etibarlılığı istehsal müəssisələrinin gündəlik fəaliyyətinə təsir edir: "Sahibkar öz müəssisəsində müasir avadanlıq qura, idarəetməni yaxşılaşdıra bilər, lakin istifadə etdiyi enerji, su, nəqliyyat, rabitə xidmətlərinin keyfiyyəti onun rəqabət qabiliyyətini müəyyən edir. Bu mənada bu sahələrdə infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır. Qoşulma şərtlərinin, xidmət standartlarının və müraciətlərə baxılma müddətlərinin aydın olması bu mənada biznes üçün xüsusi əhəmiyyət daşıyır".

Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı infrastrukturun inkişafına əlavə imkanlar yaradır: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə müqavilənin imzalanması bu istiqamətdə mühüm addımdır. Nazirlər Kabineti 2026-2027-ci illər üzrə ümumilikdə 9 layihə təsdiqləyib. Belə layihələrdə rəqabətli seçim, risklərin düzgün bölüşdürülməsi, müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi uzunmüddətli nəticəyə təsir edir. Seçim zamanı əldə edilən üstünlük sonradan keyfiyyətli xidmətə və dövlət vəsaitindən səmərəli istifadəyə çevrilməlidir".

Paylaş

Xəbər lenti

Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48 Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar" Bu gün, 14:48 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 13:48 Azərbaycanda 47 min iş yeri açılacaq Bu gün, 13:48 Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 13:48 Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib Bu gün, 13:48 Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək Bu gün, 13:48 Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib Bu gün, 13:48 AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur Bu gün, 13:48 Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır Bu gün, 13:48 Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48 Bakı-Sumqayı yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 12:48 Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49 Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək Bu gün, 11:49 Prezident: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir Bu gün, 11:49 Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq Bu gün, 11:49 Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək Bu gün, 11:49 Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb Bu gün, 11:49 Gədəbəydə avtomobil aşıb, ölən var Bu gün, 11:49 Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır Bu gün, 11:48 AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb Bu gün, 10:48 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 10:48 Hindistanın XİN rəhbəri Azərbaycana gəlib Bu gün, 10:48 Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ Bu gün, 10:48 Bakıda IIl Milli Rəqabət Forumu keçirilir Bu gün, 10:48 Azərbaycanın ilk qadın snayperi vəfat etdi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR