
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela parlamentinin sədri, ölkənin prezident vəzifəsini icra edən Delsi Rodriqesin qardaşı Xorxeyə qarşı sanksiyaları ləğv edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı məlumatda bildirilib.
Qərar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən qəbul edilib və Xorxe Rodriqes sanksiya siyahısından çıxarılıb.
O 2021-ci ildən Venesuela parlamentinə rəhbərlik edir. Delsi Rodriqes və qardaşı Donald Trampın birinci prezidentlik müddətində, 2018-ci ilin sentyabrından ABŞ sanksiyaları altında idilər.
Delsi Rodriqes bu ilin yanvarında Nikolas Maduronun ABŞ tərəfindən hakimiyyətdən kənarlaşdırılmasından sonra ölkəyə rəhbərlik etməyə başlayıb. Aprel ayında Vaşinqton Delsi Rodriqesə qarşı da sanksiyaları ləğv edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.