
UEFA Çempionlar Liqasının 5-ci turunda baş tutacaq "Napoli" – "Qarabağ" qarşılaşmasını idarə edəcək hakimlər briqadası açıqlanıb.
UEFA-nın rəsmi məlumatına əsasən, görüşün baş hakimi beynəlxalq səviyyədə tanınan polşalı referi Şimon Marçinyak olacaq.
Ona həmvətənləri Tomaş Listkieviç və Adam Kupsik yan xətt hakimləri kimi dəstək verəcəklər. Oyun üçün 4-cü hakim səlahiyyətləri Niderlanddan olan Pol van Boekelə həvalə olunub.
VAR otağında isə təcrübəli xorvatiyalı arbitr İvan Bebek qərarları izləyəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.