29-11-2025, 20:48 209

Bəhruz Məhərrəmov:

"Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli barəsində aparılan araşdırma və onun yaşadığı mənzildə axtarış aparılması hazırlanması və törədilməsi ehtimal edilən dövlət hakimiyyəti əleyhinə cinayətlərin qarşısının alınması, yaxud aşkar edilməsi, açılması məqsədi ilə həyata keçirilib.

Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə müvafiq olaraq, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz, o cümlədən də Əli Kərimli özü barəsində qapıldığı eyforiyaya rəğmən heç kimdən artıq deyil. Əksinə, çoxsaylı təkzibedilməz sübutlar tam fərqli mənzərə meydana çıxarır".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

"Bildiyiniz kimi, barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilmiş Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur. İlkin araşdırmalar və proseslərin təhlili bu prosesdə ona xaricdən dəstəyin və daxildə bu xəyanətə yardım edən subyektlərin müəyyən edilməsini milli təhlükəsizlik baxımından zərurətə çevirir.

Əgər ötən dövrün təcrübəsinə diqqət etsək, AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini, bu partiyanın Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur. Məsələn, 2003-cü ildə hakimiyyət xülyası yarımçıq qalan Mehdiyev fəaliyyətinin bütün sonrakı periodunda AXC ünsürlərini meydanlara çıxarmaq və sonra onların aksiyalarını "zərərsizləşdirməklə" hakimiyyətin qorunmasında özünün əvəzsiz rolunun olması barədə siyasi mif yaratmağa çalışıb. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının ardınca isə AXCP-nin meydan fəallığı sıfıra enib.

Bu gün əminliklə demək mümkündür ki, ən azı ötən 22 ildə Mehdiyev və AXC vahid tandem kimi çalışıb. Təbii ki, hakimiyyət hərisliyinin əsirinə çevrilən Mehdiyevin iqtidara gəlişi mahiyyətcə əslində hakimiyyətin milli iradədən alınaraq xarici dövlətin nəzarətinə verilməsi demək idi. Sirr deyil ki, Mehdiyevin əsas güvənc yeri Rusiya xüsusi xidmət orqanları olub. Eyni zamanda AXC özü də zamanında məhz Qorbaçov yenidənqurmasının imitasiyası kimi Rusiya xüsusi xidmət orqanlarının sələfləri tərəfindən yaradılıb. Heç şübhəsiz ki, bu amil hər iki tərəfi bir-birinə yaxınlaşdırıb.

Təsadüfi deyil ki, məhz Mehdiyevin xeyir-duası ilə Azərbaycanda radikal ünsürlər AXCP ətrafında Milli Şura adı altında birləşdirilməyə cəhd edildi. Habelə qısa müddət öncə Mehdiyevin çevriliş planının perspektiv inkişaf hissəsi kimi Milli Şura yaradılacağına dair sənədin yayımlanması Şura təfəkkürünün vahid qaynağı barədə ehtimalları reallığa sürükləyir.

Bir sözlə, uzun illər ərzində Mehdiyevin "beşinci kolonla" "mübarizəsi", AXCP-nin isə Rusiyanın ünvanına "barışmaz" mövqeyi reallıqların pərdələnməsinə hesablanmışdı. Təsadüfi deyil ki, şimal qonşumuzun zaman-zaman bərabər hüquqlu əməkdaşlıq niyyətlərindən kənara çıxan cəhdlərinə Bakıdan layiqli cavab verildikcə AXCP ünsürləri daha da radikallaşır, daxildə təzyiq mühiti yaradaraq situasiyanı Azərbaycan əleyhinə çevirməyə cəhd edirdilər. Vətən müharibəsi və antiterror tədbirləri dövründə, habelə postmüharibə reallığında AXCP birmənalı şəkildə siyasi fəaliyyətlə yox, milli mənafelər əleyhinə, daha dəqiq desək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olması da bunun bariz nümunəsidir.

Habelə, Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP ünsürlərinin və onların nəzarətindəki söyüş müxalifəti və sosial media trollarının diqqəti bir zamanlar Mehdiyevlə rəsmi işgüzar münasibətdə olmuş və hazırda vəzifədə olan digər şəxslərə yönəltməsi Mehdiyev-AXC "əməkdaşlığı"nın bariz nümunəsi hesab edilə bilər. Görünən odur ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurmuşdular".

Deputat hesab edir ki, AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi:

"Aydındır ki, yeni reallıqda məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan qələbələri ilə tam müstəqil hərbi-siyasi güc kimi özünü təsdiq edib. Heç şübhəsiz ki, Cənubi Qafqazda maraqların bərabər əsaslarla təmin edilməsini istəməyən qüvvələr üçün bu, arzuolunmaz status-kvo olduğu üçün əks həmlə qaçılmaz idi. Bu mənada, həmin güclərin Azərbaycandakı uzantıları qismində Mehdiyev və onun "partkomu" Kərimlinin, habelə bütövlükdə AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi.

Digər bir məsələ, uzun müddətdir ki, cəmiyyətdə haqlı olaraq sual yaranırdı ki, Əli Kərimli özünün heç bir real gəliri olmamasına baxmayaraq, "ictimai əsaslar" pərdəsi altında cangüdənlər və sosial media terroru üçün muzdlu trol ordusunu hansı vəsait hesabına saxlayıb? Hər kəs əmin ola bilər ki, cari istintaqın hətta ilkin nəticələri bu sualın cavabını artıqlaması ilə verə biləcək".

Paylaş

Xəbər lenti

Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Bu gün, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Bu gün, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Bu gün, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Bu gün, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Bu gün, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Bu gün, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Bu gün, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Bu gün, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Bu gün, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Bu gün, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Bu gün, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Bu gün, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Bu gün, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Bu gün, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Bu gün, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Bu gün, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Bu gün, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Bu gün, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Bu gün, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Bu gün, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Bu gün, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Bu gün, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Bu gün, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Bu gün, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Bu gün, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Bu gün, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Bu gün, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Bu gün, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Bu gün, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Bu gün, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Bu gün, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Bu gün, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Bu gün, 17:48 Odlu silahdan yaralanan çoban öldü Bu gün, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Bu gün, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR