29-11-2025, 20:48 438

Mehdiyev-AXCP paralelləri: Köhnə şəbəkənin yeni forması

Azərbaycan siyasi səhnəsində illərdir görünən, amma açıq şəkildə etiraf olunmayan bir xətt var: formalda Qərbpərəst, ritorikasında "demokrat", praktikada isə köhnə administrativ şəbəkələrin təsirindən qopa bilməyən müxalifət qrupları.

Bu mənzərənin ən bariz nümunəsi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (AXCP). Bir tərəfdən Qərb institutlarına sədaqət nümayiş etdirən, digər tərəfdən isə iç siyasi proseslərdə keçmiş sistem fiqurlarının, xüsusilə Ramiz Mehdiyevin ideoloji və təşkilati mirası ilə bağı kəsilməyən bu xətt zaman-zaman özünü ifşa edir.

Ramiz Mehdiyev Azərbaycan idarəçilik tarixinin ən təsirli fiqurlarından biri olub və onun nəzarəti altında formalaşmış siyasi mühitdə "müxalifət" adı ilə çıxış edən bir sıra qrupların, əslində, xüsusi məqsədlər üçün saxlanıldığı iddiası uzun illərdir ara-sıra gündəmə gəlir. Bu kontekstdə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin davranış kodları, siyasi ritorikası və hədəf seçimi maraqlı suallar doğurur: Niyə AXCP-nin sərt tənqidlərinin hədəfi həmişə Qərbə inteqrasiya xəttini gücləndirən dövlət addımlarıdır? Niyə partiya Rusiya ilə bağlı məsələlərdə ehtiyatlı və dolayı ritorikaya üstünlük verir? Niyə AXCP-nin ən aktiv təsir dairəsi sosial şəbəkələrdə Rusiya ssenarilərinə uyğun informasiya manipulyasiyası ilə uyğunluq göstərir? Bu suallar bəzilərinin fikrincə, AXCP-ni məhz R.Mehdiyevin uzun illər yaratdığı sistemlə bağlılığını göstərir.

Əli Kərimli illərdir özünü "sistemə qarşı" kimi təqdim etsə də, onun siyasi fəaliyyəti, mesajları və davranış modelləri müəyyən mənada Mehdiyevin ideoloji konturlarına uyğun gəlir: "Sabitliyi hədəf alan populizm". Mehdiyev dövrünün əsas siyasi özəlliklərindən biri sabitlik üzərində qurulan idarəetməni sarsıdan kontrollu müxalifət idi. AXCP bu xətti bu gün də davam etdirir: kəskin populizm, pessimizm və xaotik təkliflər. "Qərbə qarşı ehtiyatlı şübhə toxumu" - AXCP-nin Qərbi tənqid edən ritorikası Rusiyanın regional "informasiya standartları" ilə paralel hərəkət edir. "Ziyalıları və Qərbyönlü reformistləri hədəf alma" - Mehdiyev dövründə də yenilikçi kadrlar əvvəlcə "tənqid maşınına" salınırdı. AXCP bu taktikanın ən aktiv davamçısıdır.

AXCP-nin son illər sosial media və bəyanatlarında müşahidə edilən xətt Rusiyanın regional siyasi strategiyası ilə müəyyən oxşarlıqlar göstərir: Dövlətə inamsızlıq aşılamaq, Qərb institutlarını "ikili standartlarda" ittiham etmək, cəmiyyətin içində parçalanma yaratmaq, milli ideoloji xəttə qarşı laqeyd və etinasız mövqe. Bu elementlər müstəqil siyasi xətdən çox, Rusiya üçün əlverişli normativlərin yayılması kimi dəyərləndirilə bilər.

Əli Kərimlinin siyasi duruşu və AXCP-nin informasiyada oynadığı rol göstərir ki, partiyanın formal Qərbpərəst mövqeyi arxasında Mehdiyevin formalaşdırdığı köhnə siyasi sistemin davam edən təsiri sezilir. Bu təsir isə zaman-zaman Rusiyanın regiondakı maraqları ilə üst-üstə düşür. Beləliklə, AXCP-nin son illərdəki siyasi xətti Rusiya üçün zərərsiz, Qərb üçün etibarsız, Azərbaycan üçün isə destruktiv görünür.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş

Xəbər lenti

Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub Bu gün, 00:48 ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Bu gün, 00:48 Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar" Bu gün, 00:48 Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ Dünən, 23:48 Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək Dünən, 23:48 Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb Dünən, 23:48 Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib Dünən, 23:48 Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Dünən, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Dünən, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Dünən, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Dünən, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Dünən, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Dünən, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Dünən, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Dünən, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Dünən, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Dünən, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Dünən, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Dünən, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Dünən, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Dünən, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Dünən, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Dünən, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Dünən, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Dünən, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Dünən, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Dünən, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Dünən, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Dünən, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Dünən, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Dünən, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Dünən, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Dünən, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Dünən, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Dünən, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Dünən, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Dünən, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Dünən, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Dünən, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Dünən, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Dünən, 17:48 Odlu silahdan yaralanan çoban öldü Dünən, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Dünən, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Dünən, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Dünən, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Dünən, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Dünən, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR