
Afrika İttifaqı hərbi çevrilişdən sonra Qvineya-Bisaunun təşkilatda üzvlüyünü dayandırıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, təşkilatın Sülh və Təhlükəsizlik Şurası Qvineya-Bisauda konstitusiya quruluşu bərpa olunana qədər İttifaqın orqanları və institutlarının işində ölkənin iştirakının dərhal dayandırılması barədə qərar qəbul edib.
Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda hərbçilər prezident Umaro Sissoko Embalonun devrildiyini elan ediblər. Daha sonra onlar sərhədləri bağlayıb və komendant saatı tətbiq ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.