29-11-2025, 22:48 255

Mehdiyev-Kərimli tandemi: Köhnə oyun, yeni fiasko

Siyasətdə zaman-zaman elə tandemlər yaranır ki, ilk baxışdan onlar tandem deyil, tam əks qütb kimi görünür, amma əslində hansısa qaranlıq məqamda onların yolları kəsişir.

Ramiz Mehdiyev və Əli Kərimli də bu kateqoriyadandır - biri uzun illər sistemin içində "Boz kardinal" və ya "beşinci kolon"un memarı kimi tanınan, digəri isə illərdir siyasətdə davamlı narazılıq ilə fəaliyyət göstərən müxalif sima. Bu iki xəttin kəsişməsi çoxlarına qəribə gəlsə də, məlum olub ki, ortada ümumi maraq varmış: hakimiyyətə gedən qaranlıq yol.

Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı mənzildə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən axtarış aparılıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Bu isə əbəs deyil. Çünki bir müddət əvvəl Ramiz Mehdiyevin özü Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Ona görə də bu prosesin mərkəzində iki adın - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və AXCP lideri Əli Kərimlinin adının dayanması təsadüfi deyil.

Prosesdə əsas təhlükə mənbəyi görünən tərəflərdən biri, ya da elə birincisi Rusiya amilidir. Haqlı sual yaranır ki, bəs "Moskva küləyi" niyə həmişə eyni istiqamətdən əsir?

Qeyd etmək yerinə düşər ki, Mehdiyev də, Kərimli də zaman-zaman Moskvanın orbitinə yaxınlaşmaqla gündəmə gəliblər. Biri SSRİ-nin "siyasi laboratoriyasından" çıxmış, digəri isə uzun illərdir Qərb, Rusiya və regiondakı siyasi kuluarların istiqamətini öz maraqlarına uyğunlaşdırmağa çalışan fiqur olub. Bu tandem elə bil ki, iki fərqli cinsdən olan, amma eyni havada uçan iki quşu xatırlatsa da, nəticədə hər ikisi eyni ağacın üzərinə qonmağa çalışıb - Rusiyanın çürüməkdə olan təsir ağacı.

Bəs sövlətə xəyanətin cəzası nədir?

Dövlətə xəyanət təkcə hüquqi anlayış deyil, həm də siyasi yaddaş məsələsi və ən yüksək təhlükəsizlik xəttinin qırılması deməkdir. Ona görə də kimliyindən asılı olmayaraq - istər vəzifədə olsun, istərsə də müxalifətdə - konstitusion sistemə qənim kəsilən hər kəsin aqibəti eyni olur. Bu baxımdan, Mehdiyev - Kərimli xəttinin araşdırılması nə emosional reaksiyadır, nə də siyasi göstəriş, bu, dövlət təhlükəsizliyinin qorunmasıdır. Dövlət isə təhdid altında qalmaq üçün yox, yaşamaq və yaşatmaq üçün qurulur.

Kölgədəki fiqurlar və ya səhnəyə çıxmaq istəyib, amma işıqdan qorxan aktyorlar kimlərdir?

Mehdiyev və Kərimli xəttinə cəlb olunan digər şəxslər də olub. Bu xətdə müxtəlif səviyyələrdə vəzifədən getmiş və Mehdiyevin təsiri altında olan keçmiş məmurlar, radikal müxalifətyönümlü şəxslər, habelə bəzi Qərb və Rusiya siyasi dairələri ilə əlaqəsi iddia edilən aktorlar da yer alıblar. Onların fəaliyyət prinsipləri isə eynidir. Tribunadan şüarlar səsləndirmək, gizli planlar qurmaq, nəhayət xaricdən "məsləhət" alıb mənfur niyyətlərini həyata keçirmək. Amma nəticədə hamısı bir şeyi unudublar: şou ilə dram fərqlidir və ona görə də dövlət teatrında improvizasiya risklidir. Bu baxımdan, bu gün DÖVLƏT pərdəarxasında da, səhnədə də xəyanətə əli bulaşan hər kəsi eyni tərzdə sorğu-sual edir.

Bir sözlə, bu fiqurların məqsədi bir olsa da - hakimiyyəti zorla ələ keçirmək - Azərbaycan dövlətinin sərt və çevik təhlükəsizlik sistemi bu cəhdlərin qarşısını vaxtında aldı.

Paylaş

Xəbər lenti

Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ Dünən, 23:48 Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək Dünən, 23:48 Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb Dünən, 23:48 Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib Dünən, 23:48 Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Dünən, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Dünən, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Dünən, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Dünən, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Dünən, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Dünən, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Dünən, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Dünən, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Dünən, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Dünən, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Dünən, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Dünən, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Dünən, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Dünən, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Dünən, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Dünən, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Dünən, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Dünən, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Dünən, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Dünən, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Dünən, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Dünən, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Dünən, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Dünən, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Dünən, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Dünən, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Dünən, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Dünən, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Dünən, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Dünən, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Dünən, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Dünən, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Dünən, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Dünən, 17:48 Odlu silahdan yaralanan çoban öldü Dünən, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Dünən, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Dünən, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Dünən, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Dünən, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Dünən, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Dünən, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Dünən, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Dünən, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR