
Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin qanuni təmsilçisi dəyişib.
AVESTA.AZ xəbər verir ki, şirkətə rəhbərlik edən Rəşad Hacıyevi Vaqif Əliyev əvəz edib.
"Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.