9-01-2026, 11:48 287

Təhsil haqqında yeni qaydaların detalları -

Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib. Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur.

"Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.

Yeni qaydaların əsas üstünlükləri:

- Təhsil haqqında dövlət sənədləri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq;

- Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək;

- Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək;

- Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər;

- Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.

Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.

Bundan başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nı da təsdiq edilib.

Təsdiq olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim ediləcək.

Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.

Qeyd edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir", - deyə məlumatda vurğulanıb.

Paylaş

Xəbər lenti

Bakıda 10 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bu gün, 09:48 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür Bu gün, 09:48 Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək Bu gün, 09:48 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var Bu gün, 09:48 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib Bu gün, 09:48 Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Dünən, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Dünən, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Dünən, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Dünən, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Dünən, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Dünən, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Dünən, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Dünən, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Dünən, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Dünən, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Dünən, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Dünən, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Dünən, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Dünən, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Dünən, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Dünən, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Dünən, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Dünən, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Dünən, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Dünən, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Dünən, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Dünən, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Dünən, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Dünən, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Dünən, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Dünən, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR