21-01-2026, 09:48 221

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Baku TV-nin "qaynar xətt"inə müraciət edən Zaqatala rayon sakini Nərminə Həsənova sosial yardım ala bilmədiyini deyib. O bildirib ki, həyat yoldaşı Həsən Həsənov Vətən müharibəsi iştirakçısıdır və keçirdiyi sarsıntılar səbəbindən əsəb sistemində yaranan problemlərə görə dəfələrlə müalicə alıb.

Maddi çətinliklərlə üzləşən ailə dolanışıq naminə Şəkinin Cuma kəndindən Zaqatalanın Lahıc kəndindəki fermalardan birinə köçmək məcburiyyətində qalıb.

"Üç balam təhsil almalıdır - ikisi məktəbə, biri isə hazırlığa getməlidir. Lakin yoxsulluq ucbatından onları məktəbə göndərə bilmirəm. Dövlət sosial yardım ayırsa, bizi evlə təmin etsə, mən də gedib öz evimdə oturaram. Hər bir ana kimi mən də övladlarımın məktəbə getməsini, oxumasını istəyirəm. Heç yerdən yardım almıram, sadəcə prezident təqaüdü 80 manat var. İmtina vururlar ki, iş lazımdır. Nə mən, nə də yoldaşım işləyə bilirik".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Həsən Həsənovun həyat yoldaşı, Zaqatala rayon sakini Nərminə Elman qızı Həsənova ilə ailənin ünvanlı dövlət sosial yardım hüququnun müəyyən edilməsi ilə əlaqədar ilkin olaraq telefon vasitəsilə əlaqə yaradılıb. Danışıq zamanı məlum olub ki, ailənin yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2023-cü ildə olub. Həmin müraciətə ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina verilib.

"Bundan sonra ailənin sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb. Hazırda ailə tərkibi 6 nəfərdən ibarətdir. Nərminə Həsənova 8 yaşadək uşağa qulluq edən şəxs, həyat yoldaşı isə ailənin əmək qabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Bu səbəblə hazırda ailənin ünvanlı dövlət sosial yardım hüququ yaranmır", - qurumdan bildirilib.

Ailənin vəziyyəti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Həsən Namiq oğlu Həsənov Şəkinin Cumakənd kəndində qeydiyyatdadır: "Ailənin böyük olması nəzərə alınaraq Cumakənd kənd inzibati ərazi üzrə nümayəndəlik tərəfindən 2025-ci ilin yay aylarında kəndin Palmet adlanan yaşayış məntəqəsində yerləşən köhnə məktəb binasında iki otaq ayrılaraq yaşayış üçün şərait yaradılıb. Ailəyə maddi köməklik göstərilib. Cumakənddə yaşadıqları müddətdə Həsən Həsənovun iki övladı məktəbə gedib. Ailəyə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2022-2025-ci illər ərzində ümumilikdə 600 manat məbləğində maddi yardım göstərilib".

Paylaş

Xəbər lenti

Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48 Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR