
Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 26-cı zirvə toplantısı öz işinə başlayıb.
AVESTA.AZ xəbər verir ki, toplantı "İrıs Ordo" Konqres Mərkəzində keçirilir. ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları sammitdə iştirak etmək üçün artıq mərkəzə gəliblər.
Zirvə görüşünə Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin qatılıb.
Qonaqları Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb. Rəsmi qarşılama mərasimindən sonra liderlər birgə foto çəkdirib və daha sonra sammitin keçiriləcəyi iclas zalına keçiblər.
Zirvə toplantısında ŞƏT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq gündəmdəki məsələlərin müzakirəsi gözlənilir.
#WATCH | Bishkek, Kyrgyzstan: Prime Minister Narendra Modi interacts with Chinese President Xi Jinping as they participate in the 26th SCO Summit.
— ANI (@ANI) September 1, 2026
(Source: Host Broadcaster via Reuters) pic.twitter.com/0I1khkxtum
***09:01
Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti təşkil olunub.
AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib. Onlardan 434-ü xarici jurnalistlərdir və 115 media qurumunu təmsil edirlər.
Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər. Azərbaycan mediasının nümayəndələri də sammiti izləyərək, keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.