Dünən, 12:48 104

Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq

Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qarşıda duran əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər bölüşdürülməsidir:

"Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, Bakıda, Gəncədə, Sumqayıtda, Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkim sayı 101,7-dir. Amma elə məkanlarımız var ki, orada həkim çatışmazlığı nəzərə çarpır və bu, xüsusilə ixtisaslı həkimlərə aiddir".

TƏBİB rəhbəri bildirib ki, bu səbəbdən həyata keçirilən islahatların, əlbəttə, ilk növbədə, məqsədi həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, onların əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır:

"Amma eyni zamanda bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkim sayının artmasına və regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həm həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastrukturun və avadanlıqların mövcudluğu çox önəmlidir".

A.Bayramov əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticə əldə olunmayacaq:

"Ona görə də bu islahat çərçivəsində bir neçə istiqamətdə region həkimləri üçün təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdəki sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbərdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək".

Paylaş

Xəbər lenti

Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48 Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır Bu gün, 12:48 Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA Bu gün, 12:48 Nepalda torpaq sürüşməsində ölənlərin sayı 1 252-yə çatıb Bu gün, 11:48 Putin biznes üçün bürokratik maneələrin aradan qaldırılmasını tələb edib Bu gün, 11:48 Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir Bu gün, 11:48 Şarja-Bakı reysi ilə gələn sərnişinlərdən 654,9 karat brilyant qaş aşkarlanıb Bu gün, 11:48 Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin Bu gün, 11:48 Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib Bu gün, 11:48 Elçin Əmirbəyov: "Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib" Bu gün, 11:48 İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib Bu gün, 11:48 Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb Bu gün, 11:48 Müəllimlərin NƏZƏRİNƏ - Təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı Bu gün, 11:48 İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib Bu gün, 11:48 MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb Bu gün, 11:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Bu gün, 11:48 Elçin Əmirbəyov: "Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir" Bu gün, 11:48 Çində 4,4 maqnitudalı zəlzələ olub Bu gün, 10:48 3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edilib Bu gün, 10:48 Bakıda yük maşını işıq dirəyinə çırpılıb Bu gün, 10:48 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı Bu gün, 10:48 FHN SOCAR obyektində yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb Bu gün, 10:48 Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək Bu gün, 10:48 Bakıda məktəblər dezinfeksiya edilir Bu gün, 10:48 UEFA "Fənərbağça" və iki futbolçu ilə bağlı araşdırmaya başlayıb Bu gün, 10:48 Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? Bu gün, 09:48 Mal ətinin qiyməti yenidən artdı Bu gün, 09:48 Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb Bu gün, 09:48 Milli Qəhrəman Yuri Kovalyovun anım günüdür Bu gün, 09:48 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR Bu gün, 09:48 "Azeri Light" neftinin qiyməti 102 dollara yaxınlaşdı Bu gün, 09:48 Bu gün bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 İran ABŞ bazasına zərbə endirdiyini açıqlayıb Bu gün, 08:48 Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR