
UEFA Türkiyənin "Fənərbağça" klubunun, eləcə də komandanın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudun iştirakı ilə bağlı intizam araşdırması başladıb.
AVESTA.AZ-in məlumatına görə, İstanbul klubu bildirib ki, araşdırmaya səbəb Çempionlar Liqasının pley-off mərhələsində "Lion"la Fransada keçirilən cavab matçından sonra baş verən hadisələrdir. Görüş başa çatdıqdan sonra Genduzi və Qrinvudun da iştirak etdiyi qarşıdurma yaşanıb.
Qeyd edək ki, "Fənərbağça" səfərdə "Lion"a 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.