
Çinin şimal-qərbində yerləşən Cənubi Sincan bölgəsində 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar sentyabrın 3-də baş verib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Kuçe şəhər dairəsindən 199 kilometr cənub-şərqdə, Aral dairəsindən isə 213 kilometr şərqdə qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.