
"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, paytaxt təmsilçisi Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb.
26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək "Sabah"ın şərəfini qoruyacaq. Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021-2023), "Qremio" (2024), "Sport Resife" (2025), eləcə də Rusiyanın "Zenit" (2023-2024) və "Orenburq" (2025-2026) klublarında çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.