
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Uşaq musiqi məktəbinin binasında əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satınalma elan edilib. İşlərin ehtimal olunan dəyəri 403 min 949 manat 40 qəpik müəyyənləşdirilib.
Layihə çərçivəsində məktəb binasının dam örtüyünün və dam konstruksiyalarının sökülməsi nəzərdə tutulur. Həmçinin binada köhnə taxta döşəmə örtükləri, taxta və brusdan hazırlanmış dayaqla və, metal su axıdıcı sistem söküləcək. Daha sonra binanın əsaslı təmir işlərinin həyata keçirilməsi və müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır.
Aparılacaq əsaslı təmir nəticəsində uşaq musiqi məktəbinin binasının texniki vəziyyətinin yaxşılaşdırılması, daha təhlükəsiz və əlverişli tədris mühitinin yaradılması, eləcə də şagird və müəllimlərin daha rahat şəraitdə fəaliyyət göstərməsi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.