
"Euronews" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüş zamanı həmkarına Azərbaycan suyu təklif etməsini dair görüntüləri "YouTube" kanalında paylaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşm edib.
Hikmət Hacıyev paylaşımı "Əliyev Pezeşkiana: Azərbaycan suyunu, Kəlbəcərdən "İstisu"nu dadın" başlığı ilə dərc edib.
"Azərbaycan suyunun dadına da baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - deyə İlham Əliyev vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.
"Euronews" telekanalı sözügedən görüntüləri kameralar qarşısında nadir rast gəlinən an adlandırıb.
Aliyev to Pezeshkian: Try some Azerbaijani water
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 1, 2026
“İstiSu” from Kalbajar https://t.co/lhw3gZz3DO via @YouTube
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.