
Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o bu gün dünyasını dəyişib.
Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.
2005-ci ildə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2015-ci ildən öz istəyi ilə təqaüdə çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.