
ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" kəşfiyyat-patrul təyyarəsi İran sahillərində, Fars körfəzi akvatoriyası üzərində müşahidə və kəşfiyyat missiyaları həyata keçirir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumat "Flightradar24" uçuşların izlənməsi xidmətinin açıq məlumatlarına əsaslanır.
Qeyd edək ki, "P-8A Poseidon" müasir dəniz patrul təyyarəsidir və sualtı qayıqların aşkarlanması, elektron kəşfiyyat və müşahidə əməliyyatları üçün nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.