30-01-2026, 23:48 197

Yaxın Şərq müharibə astanasında: Əraqçının Türkiyəyə səfərinin əsas məqsədi nədir?

Yaxın Şərq yenidən təhlükəli yolayrıcındadır: Vaşinqton Tehranı hərbi zərbə ilə hədələyir, ABŞ donanması bölgəyə daxil olur, İran isə "tətiyi çəkməyə hazırıq" mesajı verir. Bu gərgin məqamda isə Ankara oyuna daxil olur. Türkiyə ABŞ-İran qarşıdurmasında vasitəçi olmağa çalışır.

İranın xarici işlər naziri Abbas Əraqçının Ankaraya səfəri də təsadüf deyil. Məqsəd müharibənin qarşısını almaq üçün diplomatik çıxış yolu tapmaqdır.

Donald Tramp administrasiyası Tehrana açıq ultimatum verir: "Ya nüvə proqramını dayandır, ya da zərbə qaçılmazdır". Eyni zamanda bölgəyə hərbi qüvvə toplanır. ABŞ-nin müdafiə naziri ordunun hər əmri yerinə yetirməyə hazır olduğunu deməsi psixoloji təzyiq mərhələsindən real hərbi hazırlıq mərhələsinə keçidin bariz nümunəsidir.

Lakin Vaşinqtonun dilemması da var. İrana hücum Hörmüz boğazını riskə ata, neft qiymətlərini artıra, minlərlə ABŞ əsgərini raket və dron təhlükəsi altında qoya, regionu böyük müharibəyə sürükləyə bilər. Yəni bu, tez və ucuz əməliyyat deyil. Elə buna görə də diplomatiya üçün son pəncərə hələ də açıq qalır. Burada isə Türkiyə önə çıxır.

Ankara açıq şəkildə İrana hücumun səhv olduğunu və müharibənin bölgəni dağıdacağını bildirir. Türkiyənin qorxusu sadədir: İranda qeyri-sabitliyin hökm sürməsi sərhəddə xaos, milyonlarla miqrant və təhlükəsizlik böhranı deməkdir. Bu səbəbdən Ankara həm Tehran, həm də Vaşinqtonla paralel danışıqlar aparır. Hətta Rəcəb Tayyib Ərdoğan D.Tramp və İran rəhbərliyi arasında üçtərəfli görüş təklif edir.

Əraqçının səfərinin əsas məqsədi də Türkiyə vasitəsilə ABŞ-yə mesaj göndərmək və nüvə məsələsində mümkün güzəştlərin çərçivəsini müzakirə etməkdir. Tehran da anlayır ki, danışıqların başlaması belə hərbi zərbədən daha sərfəlidir.

Hazırkı mənzərə göstərir ki, ABŞ üçün hərbi variant son seçimdir. Təhdidlər daha çox təzyiq alətidir. Əraqçının Türkiyə səfəri isə ən real ssenari olaraq Ankara üzərindən ABŞ-İran təmaslarının başlamasına və yeni nüvə danışıqlarına zəmin yaradılmasına yol aça bilər.

Türkiyənin vasitəçiliyi hücumu dayandıra bilərmi? Tam zəmanət yoxdur, amma müharibənin qarşısını ala biləcək yeganə kanal diplomatiyadır və həmin kanalın mərkəzində Ankara dayanır. Yəni seçim sadədir: ya diplomatiya, ya da regionu alovlandıracaq yeni müharibə.

Paylaş

Xəbər lenti

İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi Bu gün, 13:48 59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı Bu gün, 13:48 Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48 Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR