5-02-2026, 20:48 143

Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib.

Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.

AVESTA.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Məhkəmə qərarında elan olunub ki, dövlət ittihamını müdafiə edən prokurorların təklifi nəzərə alınmaqla məhkəmə tərəfindən Arayik Arutyunyana, Arkadi Qukasyana, Bako Saakyana, Davit İşxanyana, Levon Mnatsakanyana, David Babayana və David Manukyana cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq təqsirli bilindikləri aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə dair cəza təyin edilməyib.

Qeyd edilib ki, təqsirləndirilən şəxslər Arkadi Qukasyan və Bako Saakyan ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Təqsirləndirilən şəxslər Arayik Arutyunyana, Arkadi Qukasyana, Bako Saakyana, Davit İşxanyana, David Babayana, Levon Mnatsakanyana, David Manukyana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.

Bundan başqa, ittihamın Arkadi Qukasyana, Bako Saakyana, Levon Mnatsakanyana və David Manukyana aid hissəsindən Cinayət Məcəlləsinin 218.1, 218.2, 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Həmçinin Arayik Arutyunyana, Davit İşxanyana, David Babayana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Daha sonra məhkəmə iclasına sədrlik edən elan edib ki, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Levon Henrixi Mnatsakanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

David Azati Manukyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Davit Rubeni İşxanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

David Klimi Babayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan (Ğukasyan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Bako Sahaki Saakyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Madat Arakeli Babayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Melikset Vladimiri Paşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Qarik Qriqori Martirosyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Davit Nelsoni Allahverdiyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Levon Romiki Balayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Vasili İvani Beqlaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Qurgen Homerosi Stepanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Erik Roberti Qazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

***12:55

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Paylaş

Xəbər lenti

İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi Bu gün, 13:48 59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı Bu gün, 13:48 Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48 Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR