14-02-2026, 13:48 222

Bu sadə vərdiş depressiya riskini azaldır

Televizora az baxmaq depressiya riskini azaldır.

BAKU.WS xəbər verir ki, Niderlanddakı Groningen Universiteti alimlərinin apardığı tədqiqatın nəticələri European Psychiatry jurnalında dərc olunub.

Araşdırmada ekran qarşısında keçirilən vaxtın digər fəaliyyət növləri ilə əvəzlənməsinin depressiya ehtimalına təsiri öyrənilib. Əvvəlki tədqiqatlardan fərqli olaraq, alimlər sadəcə oturaq həyat tərzi ilə psixi problemlər arasındakı əlaqəni deyil, televizora baxış vaxtının idman, yuxu və ya gündəlik məişət işləri ilə əvəzlənməsinin nəticələrini analiz ediblər.

Tədqiqatın aparıcı müəllifi Rosa Palazuelos-Qonsales bildirib ki, gündəlik televizora baxış vaxtının 60 dəqiqə azaldılması və bu vaxtın başqa fəaliyyətlərə yönəldilməsi böyük depressiv pozuntunun inkişaf riskini 11% azaldır. Bu müddət 90 və 120 dəqiqə ilə əvəzləndikdə isə risk müvafiq olaraq 25,9%-dək enir.

Ən nəzərəçarpan nəticələr orta yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyasında televizora baxış vaxtının gündə bir saat azaldılması depressiya riskini 18,78%, 1,5 saat azaldılması 29%, iki saat azaldılması isə 43% aşağı salır.

Araşdırmaya görə, demək olar ki, bütün alternativ fəaliyyətlər müsbət təsir göstərir. Yalnız 30 dəqiqəlik televiziya vaxtının məişət işləri ilə əvəzlənməsi statistik cəhətdən əhəmiyyətli nəticə verməyib. Əvəzində, bu vaxtın idmanla əvəz olunması depressiya riskini 18% azaldır. İş və ya təhsil zamanı fiziki aktivlik riski 10,2%, aktiv istirahət və hərəkət 8%, əlavə yuxu isə 9% aşağı salır. Bütün yaş qruplarında ən güclü qoruyucu təsir məhz idman fəaliyyəti ilə bağlı olub.

Tədqiqat çərçivəsində Niderlandın Lifelines layihəsi üzrə depressiya diaqnozu olmayan 65 454 yetkin şəxsin məlumatları dörd il ərzində izlənilib. İştirakçılar televizora baxış, idman, iş zamanı fiziki aktivlik, ev işləri, aktiv hərəkət və yuxuya sərf etdikləri vaxt barədə məlumat veriblər. Böyük depressiv pozuntu diaqnozu standart klinik müsahibə əsasında müəyyən edilib.

Alimlər vurğulayıblar ki, bu nəticələr xüsusilə orta yaş dövründə əhəmiyyətlidir. Çünki bu mərhələdə depressiya riski artır, oturaq həyat tərzi isə daha geniş yayılır. Ekran qarşısında keçirilən vaxtın azaldılması və onun hərəkətli fəaliyyətlə əvəzlənməsi psixi sağlamlığın qorunması üçün sadə və əlçatan profilaktik üsul hesab olunur.

Paylaş

Xəbər lenti

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Bu gün, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Bu gün, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Bu gün, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Bu gün, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Bu gün, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Bu gün, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Bu gün, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Bu gün, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR