Bu gün, 20:48 83

Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir?

2026-cı il oktyabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirildi.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlama verən deputat Vasif Qafarov deyib ki, "Güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna həsr olunan tədbir Asiya ölkələri arasında siyasi dialoqun, qarşılıqlı etimadın, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir?

"Görüşdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Laos, Qətər, İsrail, Kamboca, Vyetnam, Türkiyə, Çin, Rusiya, Bəhreyn, Fələstin, Şri-Lanka və digər dövlətlər təmsil olundu. Dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən sammit Azərbaycanın beynəlxalq platformalarda artan rolunu və çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir. Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini və regional təhlükəsizlik məsələlərinə yanaşmasını bir daha ortaya qoydu. Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq münasibətlərdə bərabərhüquqluluq prinsiplərinin qorunmasıdır. Bu yanaşma yalnız Azərbaycanın milli maraqlarını deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində ədalətin və hüququn üstünlüyünün təmin olunmasını nəzərdə tutur. Dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq hüquq normalarının bütün ölkələrə eyni şəkildə tətbiqi vacibdir. İkili standartlar isə beynəlxalq təşkilatlara inamı zəiflədir və yeni münaqişələrin yaranması üçün zəmin formalaşdırır".

Deputatın sözlərinə görə, prezidentin Qarabağ məsələsinə diqqət yetirməsi Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliklərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir:

"Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulması, işğal və məcburi köçkünlük problemi ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin vaxtında icra olunmaması beynəlxalq hüququn tətbiqindəki problemləri göstərdi. Dövlət başçısının bu tarixi təcrübəni xatırlatması beynəlxalq təşkilatların məsuliyyətinin artırılması və gələcəkdə oxşar halların qarşısının alınması baxımından mühüm mesajdır. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında ölkənin suverenliyinin tam bərpası dövlətimizin ərazi bütövlüyünü təmin etmək əzmini nümayiş etdirdi. Bununla yanaşı, rəsmi Bakının müharibədən sonra Ermənistana sülh təklif etməsi və gələcəyə yönəlmiş əməkdaşlığa üstünlük verməsi ölkəmizin siyasi iradəsini və məsuliyyətli mövqeyini göstərir. Azərbaycanın məqsədi yalnız əldə olunmuş nəticələri qorumaq deyil, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə nail olmaqdır. Bunun üçün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi, öhdəliklərini yerinə yetirməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atması vacibdir. Zirvə görüşünün digər mühüm istiqaməti AQEM-in institusional imkanlarının gücləndirilməsi və ölkəmizin təşkilata sədrliyinin davam etdirilməsi məsələsidir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi Asiya ölkələri arasında praktiki əlaqələrin genişləndirilməsinə xidmət edir".

V.Qafarov əlavə edib ki, Azərbaycanın sədrliyinin daha iki il uzadılması təklifinə üzv dövlətlərin dəstək verməsi ölkəmizə münasibətdə etimadın və Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun göstəricisidir:

Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir?

"Sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edildi. Laosun AQEM-ə yeni üzv dövlət kimi qəbul olunması da təşkilatın əhatə dairəsinin genişlənməsi və Asiya ölkələri arasında əməkdaşlıq imkanlarının artması baxımından əlamətdar hadisədir. Bakı sammitinin əhəmiyyəti yalnız diplomatik görüşlərin keçirilməsi ilə məhdudlaşmır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji və nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynayan dövlət kimi regional bağlantıların gücləndirilməsində maraqlıdır. Orta Dəhlizin inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ölkəmizin tranzit potensialını artırmaqla yanaşı, regionda iqtisadi qarşılıqlı asılılığı və sabitliyi də gücləndirə bilər. Bu baxımdan Azərbaycanın təşəbbüsləri təkcə milli iqtisadi maraqlara deyil, həm də Asiya ilə Avropa arasında daha etibarlı və səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir. Nəticə etibarilə, AQEM-in VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, milli maraqlarının qlobal platformada ifadəsi və Asiya ölkələri ilə çoxşaxəli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı beynəlxalq hüquqa hörmət, suverenlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinin Azərbaycan xarici siyasətində əsas yer tutduğunu bir daha təsdiqlədi. Sammitin nəticələrinin real siyasi və iqtisadi əməkdaşlıq mexanizmlərinə çevrilməsi həm ölkəmizin, həm də bütövlükdə regionun uzunmüddətli maraqlarına xidmət edəcək".

Paylaş

Xəbər lenti

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Bu gün, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Bu gün, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Bu gün, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Bu gün, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Bu gün, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Bu gün, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Bu gün, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Bu gün, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR