Dünən, 19:48 108

Deputat:

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən 7-ci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür.

Bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi bu mötəbər tədbir mürəkkəb geosiyasi proseslərin, münaqişələrin və qlobal təhlükəsizlik çağırışlarının dərinləşdiyi bir dövrdə dövlətlərarası dialoqun qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Asiya qitəsinin böyük bir hissəsini əhatə edən və Azərbaycanın sədrliyə başladığı dövrdə 28 üzv dövləti birləşdirən AQEM regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün əhəmiyyətli platformadır:

Deputat:

"Bu təşkilat çərçivəsində müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərin bir araya gəlməsi, mövcud fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması və qarşılıqlı etimad mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın sədrliyi isə AQEM-in potensialının gücləndirilməsi, fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından diqqətəlayiq mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən və müxtəlif dövlətlər arasında əməkdaşlığa töhfə verən ölkə kimi mövqeyini möhkəmləndirib. Ölkəmiz həm regional, həm də qlobal miqyasda qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin inkişafını dəstəkləyir. AQEM-ə sədrliyin əsas prioritetləri də məhz bu yanaşmanın məntiqindən irəli gəlir. Azərbaycan sədrliyi dövründə təşkilatın institusional imkanlarının artırılması, üzv dövlətlər arasında sahələrarası əməkdaşlığın gücləndirilməsi və AQEM-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Təşkilatın fəaliyyətinin daha sistemli, çevik və nəticəyönümlü mexanizmlər üzərində qurulması qarşıya qoyulan əsas məqsədlərdən biri olub. Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm addımlardır. Həmin təşəbbüslər AQEM-in əməkdaşlıq gündəliyinin yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda iqtisadiyyat, təhsil, maliyyə və ictimai inkişaf sahələrini də əhatə etdiyini göstərir".

S.Salmanova vurğulayıb ki, Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə baxışını, regional təhlükəsizliklə bağlı mövqeyini və müasir dünya nizamının əsas problemlərinə dair prinsipial yanaşmasını aydın şəkildə ortaya qoyub:

"Dövlətimizin başçısı Azərbaycanın Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynadığını, regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində səylər göstərdiyini diqqətə çatdırıb. Bu mövqe Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlükləri diplomatik fəallıq, nəqliyyat-kommunikasiya imkanları və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə birləşdirdiyini göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, ilk növbədə, müstəqil xarici siyasət kursunun ardıcıllığı və milli maraqların qətiyyətlə müdafiəsi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu prinsiplər Azərbaycanın təkcə öz milli maraqlarının müdafiəsində deyil, beynəlxalq münasibətlərdə ədalətli və hüquqa əsaslanan yanaşmanın təşviqində də ardıcıl mövqe tutduğunu nümayiş etdirir".

Parlamentari söyləyib ki, dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanla münasibətlərin sülh müstəvisinə keçirilməsi məsələləri də xüsusi yer tutub:

Deputat:

"Möhtərəm Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibədə qalib gəlib, işğalçı qüvvələri torpaqlarından çıxarıb, lakin onilliklər ərzində yaşanan faciələrə, şəhər və kəndlərin dağıdılmasına görə qisasçılıq siyasəti yürütməyib. Azərbaycan döyüş meydanında qələbə qazanaraq Ermənistana sülh təklif edib. Bu yanaşma dövlətimizin gücünü yalnız hərbi üstünlüklə deyil, həm də siyasi iradə, məsuliyyət və gələcəyə hesablanmış qərarlarla müəyyənləşdirdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsü regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişədən sonra sabitliyin və normal qonşuluq münasibətlərinin formalaşdırılması Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər. Bununla belə, sülhün qorunması və möhkəmləndirilməsi qarşılıqlı etimad, öhdəliklərə əməl olunması və davamlı siyasi iradə tələb edir. Prezident İlham Əliyevin sülhün hələ də kövrək olduğunu vurğulaması bu prosesin həssaslığını və əldə olunan nəticələrin qorunmasının vacibliyini göstərir".

S.Salmanova vurğulayıb ki, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı əsas məsələlərdən biri də Ermənistanın uzun illər davam edən işğal siyasətinə və onun ağır humanitar nəticələrinə beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymətin verilməməsidir:

Deputat:

"Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olub, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından qovulub, etnik təmizləməyə məruz qalıb. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların da öz tarixi torpaqlarından didərgin salınması xalqımızın yaddaşında dərin iz buraxıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədə işğal olunmuş ərazilərdən erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin həmin sənədlərin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemləri üzə çıxardı. Azərbaycanın təcrübəsi bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların yerinə yetirilməsini təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Prezident İlham Əliyevin bu məsələyə dair mövqeyi beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da aktualdır. Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaradılmadıqca müharibələrin və münaqişələrin qarşısını almaq çətin olacaq. Təcavüzkarın cəzasız qalması yeni təhlükələrə yol açır, beynəlxalq hüquqa inamı zəiflədir və münaqişələrin uzanmasına şərait yaradır. Buna görə də beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni meyarlarla yanaşılması qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Ölkəmiz bu gün də regionda dayanıqlı sülhün təmin olunmasını, dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və hüquqi öhdəliklər əsasında qurulmasını dəstəkləyir. Bu baxımdan AQEM kimi çoxtərəfli platformalar beynəlxalq problemlərin müzakirəsi, dövlətlərin mövqelərinin yaxınlaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır".

Deputat bildirib ki, Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılması ölkəmizin beynəlxalq miqyasda artan rolunun, diplomatik təşəbbüslərinin və əməkdaşlığa əsaslanan siyasətinin mühüm göstəricisidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regional və qlobal təhlükəsizliyə, dövlətlərarası dialoqun inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Qarşıdakı dövrdə sədrliyin davam etdirilməsi AQEM-in institusional potensialının artırılması, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açacaq. Bütün bunlar göstərir ki, Azərbaycanın AQEM-də fəaliyyəti təkcə təşkilata rəhbərliklə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin beynəlxalq siyasətdə fəal iştirakının, milli maraqlarla ümumi təhlükəsizlik məqsədlərini uzlaşdırmaq bacarığının və dialoqa əsaslanan əməkdaşlığa verdiyi önəmin ifadəsidir. Azərbaycanın sədrliyinin davam etməsi isə ölkəmizin irəli sürdüyü təşəbbüslərin inkişafı və Asiyada qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi üçün əhəmiyyətli zəmin yaradır".

Paylaş

Xəbər lenti

Minimum əməkhaqqı artacaq? Bu gün, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Bu gün, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Bu gün, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Bu gün, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Bu gün, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Bu gün, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Bu gün, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Bu gün, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Bu gün, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Bu gün, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Bu gün, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Bu gün, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Bu gün, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR