
Rusiyanı "Avroviziya" mahnı müsabiqəsində təmsil etmiş məşhur folklor kollektivinin üzvü vəfat edib.
BAKU.WS xəbər verir ki, bu "Buranov nənələri" qrupunun üzvü Zoya Sergeyevna Dorodovadır. O 85 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yayılan məlumatlara əsasən, o son bir neçə ildir ki, səhnə fəaliyyətini dayandıraraq Buranovo kəndində yaşayıb.
Xatırladaq ki, "Buranov nənələri" qrupu 2012-ci ildə keçirilən "Avroviziya" müsabiqəsində Rusiyanı "Party for Everybody" mahnısı ilə təmsil edərək ikinci yerə sahib olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.