22-02-2026, 20:48 220

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Son illər piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat qəzaları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu fonda Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi ilə bağlı yeni dövlət standartının qəbuluna hazırlıq aparılması mövzunu yenidən gündəmə gətirib. Belə ki, Azərbaycanda "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının qəbulu gözlənilir. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

Rəsmi qurumlar bu addımı yol infrastrukturunda təhlükəsizlik və keyfiyyət tələblərinin vahid çərçivədə tənzimlənməsi kimi dəyərləndirsə də, real vəziyyətlə bağlı fikirlər birmənalı deyil. Bir tərəf Bakının yol şəbəkəsinin piyadalar üçün kifayət qədər əlverişli olduğunu düşünür, digər tərəf isə piyada keçidlərinin, nişanlanmanın və ümumi şəhər mühitinin təhlükəsizliyə cavab vermədiyini bildirir.

Maraqlıdır, yeni dövlət standartı mövcud problemləri həll edə biləcəkmi? Dövlət standartlarının qəbulu bu sahədə hansı yeniliklərə səbəb ola bilər?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

"Yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir"

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, Bakı şəhərində mövcud olan hazırkı yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir: "Yeni "ağıllı" işıqforlar quraşdırılıb və piyada zonalarının yaradılması prosesi davam edir. Lakin hələ də çatışmazlıqlar mövcuddur. Bəzi keçidlərin yerləşməsi piyada axınına uyğun deyil, yeraltı keçidlərdə panduslar düzgün quraşdırılmayıb, eskalatorların işləməməsi isə yaşlı və əlilliyi olan şəxslər, eləcə də uşaqlar üçün əngəl yaradır. Piyadalar üçün ayrılan işıqfor vaxtı bəzən kifayət etmir və insanlar yolu qaça-qaça keçməli olurlar. Məsələn, Yusif Səfərov küçəsində çoxzolaqlı yolda işıqforun vaxtı qısa olduğundan piyadalar təhlükə ilə üz-üzə qalırlar. Ümumilikdə, piyadaların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün keçidlərin yerləşməsi, işıqforların vaxtının yenidən nəzərdən keçirilməsi və infrastruktura aid digər təkmilləşdirmələr vacibdir. Xüsusən məktəblərə yaxın ərazilərdə təhlükəsizliyi təmin edən tədbirlərin görülməsi önəm daşıyır".

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Skuterlər piyadalara potensial təhlükə yaradırlar

Bəzi insanlar düşünürlər ki, skuter, velosiped və digər mikronəqliyyat vasitələrinin artması piyadalar üçün təhlükə yaradır. Mütəxəssis bildirir ki, şəhər mühitində mexaniki velosipedlər ümumiyyətlə təhlükəsiz hesab olunur: "Lakin digər mikromobillik vasitələrini idarə edən bəzi şəxslər, qaydaları bilməyən və məsuliyyətsiz sürücülər potensial təhlükə yaradırlar. Digər təhlükə isə odur ki, hazırda Bakı şəhərində velosiped zolaqlarını hər yerdə çəkmək mümkün deyil. Şəhərsalma planlamasında vaxtilə edilmiş nöqsanlar və tikinti özbaşınalıqları bu imkanları məhdudlaşdırır. Nəticədə, səkilərdə piyadalarla toqquşmalar baş verir, konflikt yaranır. Bu nəqliyyat vasitələrinin sürətinə və istifadə qaydalarına nəzarət artırılmalı, sürücülərin yol hərəkəti mədəniyyətinin formalaşması üçün müəyyən tədbirlər görülməlidir".

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Piyada təhlükəsizliyi layihələndirmədə əsas meyar kimi

E.Cəfərov vurğulayır ki, yeni standart şəhərsalma sahəsində ciddi və konseptual dəyişikliklərə yol aça bilər: "Bu standart qəbul olunduqda, piyada təhlükəsizliyi yol infrastrukturu layihələndirilməsində əsas meyarlardan birinə çevriləcək və prioritet olaraq nəzərə alınacaq. Yeni yollar və küçələr yalnız avtomobil hərəkəti üçün deyil, həm də piyadalar üçün planlaşdırılacaq. Piyada keçidləri, onların işıqlandırılması, görmə bucaqları və küçələrin işıqlandırılmasında istifadə olunan işıq dirəklərinin standartları yenidən müəyyən ediləcək. Məktəb, park və digər ictimai obyektlər ətrafında xüsusi təhlükəsiz zonaların yaradılması da bu standartın tələbi kimi qoyulacaq. Sərt tələblər tövsiyə xarakterli olmayacaq, texniki şərt kimi icra olunacaq".

Şəhər daha çox piyadayönümlü olacaq

E.Cəfərov deyir ki, piyada təhlükəsizliyini artırmaq üçün ilk növbədə avtomobillərin səkiləri zəbt etməsinin qarşısı alınmalıdır: "Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanmaları təşkil olunmalıdır. Bu, yalnız layihədə nəzərdə tutulmaqla kifayətlənməməli, reallıqda da icra edilməlidir. Piyada keçidləri işıqlandırılmalı, məktəb yaxınlığında olan ərazilərdə, yollarda sürəti məhdudlaşdıran tədbirlər görülməlidir. Xəbərdaredici və qadağanedici nişanların sayı da artırılmalıdır. Qadağanedici nişanlar şəhərdə kifayət qədər olsa da, xəbərdaredici nişanlar azdır və onların artırılması vacibdir. Şəhərin müxtəlif ərazilərində sürət həddi maksimum 60 km/saatdan 30 km/saatadək endiriləcək. Bu proses nəticəsində şəhər daha çox piyadayönümlü olacaq. Əgər bu standart düzgün tətbiq edilərsə, şəhərdə piyadalar daha qorunan tərəf olacaq".

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

"Cəmiyyət yeni mühitə uyğunlaşmalıdır"

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyir ki, şəhər mühitində uzun illər əsas diqqət avtomobillərin hərəkəti üçün yolların salınmasına yönəlib, piyadaların rahat və təhlükəsiz hərəkəti isə nəzərə alınmayıb. Nəticədə bu gün bəzi ərazilərdə piyadaların hərəkəti real həyati risk daşıyır: "Düzdür, son illər müəyyən yerlərdə səkilər, piyada keçidləri, panduslar quraşdırılıb. Lakin hələ də bir sıra ərazilərdə ciddi problemlər var. Müsbət məqam ondan ibarətdir ki, bu istiqamətdə artıq daha sistemli və genişmiqyaslı addımlar atılır".

Mütəxəssis bildirir ki, skuterlər və velosipedlər müəyyən mənada piyadalar üçün təhlükə yarada bilər. Amma cəmiyyət bu yeni hərəkət mühitinə uyğunlaşmalıdır: "Ümumiyyətlə, dinamik hərəkət edən hər bir nəqliyyat vasitəsi hər hansı maneə ilə toqquşduqda riskli vəziyyət formalaşdırır. Bu risk yalnız velosiped və skuterlərlə məhdudlaşmır. İnsanlar avtomobil yoluna çıxarkən necə ehtiyat edirlərsə, velosiped və skuter zolaqlarına münasibətdə də eyni davranış sərgiləməlidirlər. Yeni dövlət standartları beynəlxalq və dünya təcrübəsinə əsaslanaraq hazırlanır və yerli şəraitə uyğunlaşdırılır".

Paylaş

Xəbər lenti

Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR