16-03-2026, 14:48 320

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

O deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub.

Qeyd olunub ki, elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir.

Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.

Paylaş

Xəbər lenti

Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Bu gün, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Bu gün, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Bu gün, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Bu gün, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Bu gün, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Bu gün, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Bu gün, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Bu gün, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Bu gün, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Bu gün, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Bu gün, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Bu gün, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Bu gün, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Bu gün, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Bu gün, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Bu gün, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Bu gün, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Bu gün, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Bu gün, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Bu gün, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Bu gün, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Bu gün, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Bu gün, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Bu gün, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Bu gün, 18:48 Babək prospektində maşın yanıb Bu gün, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Bu gün, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Bu gün, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Bu gün, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Bu gün, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Bu gün, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Bu gün, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Bu gün, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Bu gün, 17:48 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR