19-03-2026, 15:48 242

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə dövlət qulluğunda vahid və sabit əməkhaqqı sisteminə keçid təmin ediləcək.

AVESTA.AZ xəbər verir ki, bunu "Report"a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O xatırladıb ki, indiyə qədər dövlət qulluqçularının məvacibinin tərkibi bir neçə hissədən ibarət olurdu:

"Məvacib əməkhaqqı, əməkhaqqına əlavələr və mükafatlardan ibarət olurdu. Əlavələr özü də müxtəlif idi: təcrübəyə görə əlavələr, dövlət səlahiyyətlərinə məxsus qulluqçulara əlavələr və s. mövcud idi. Lakin bu əlavələri hər kəs ala bilmirdi. Çünki təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdi. İndi mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Yəni, qəbul olunmuş qanuna əsasən vahid və sabit əməkhaqqı sisteminə keçid baş verəcək".

Sahib Məmmədovun fikrincə, islahat nəticəsində artıq dövlət qulluqçusu əvvəlcədən biləcək ki, fiks olunmuş əməkhaqqı alacaq:

"Bu, Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, hətta qonşu Gürcüstanda tətbiq olunan üsuldur. Bu baxımdan Azərbaycanda da belə bir islahat aparılır. Mənim qənaətimcə, nəticə etibarilə, əvvəlki sistemdə əlavələri almayan dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərdə də əməkhaqqı artımı baş verəcək. Bu, onlar üçün bir stimullaşdırıcı məqamdır".

O qeyd edib ki, beynəlxalq təcrübədə belə düşünülür ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür:

"Belə ki, işçi əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda risk edib, korrupsiya hüquqpozmalarına yol vermir. Həmçinin, dövlət orqanlarının rəhbərlərinin də sui-istifadə, ayrı-seçkilik halları üçün imkanı olmur, çünki fiks olunmuş əməkhaqqı ödənilməlidir".

Dəyişikliklərin proqnozlaşdırıla bilən maliyyə xərcləmələrinə gətirib çıxaracağını deyən S. Məmmədovun sözlərinə görə, artıq dövlət orqanları əvvəlcədən nə qədər işçi olduğunu, onların nə qədər əməkhaqqı aldığını bilirlər:

"Bu, vacib elementlərdən biridir. Ümumiyyətlə, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər dövlət idarəetmə sistemində hazırda bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir. Sadəcə, son dəyişiklik yalnız əməkhaqqını əhatə edir. Hesab edirəm ki, bu, optimallaşmaya xidmət edir, müsbət nəticələr verəcək. Dövlət qulluqçularının özü üçün sərfəli olmaqla bərabər, dövlətin idarəetmə sisteminin asanlaşmasına da xidmət edir".

Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Paylaş

Xəbər lenti

Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Bu gün, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Bu gün, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Bu gün, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Bu gün, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Bu gün, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Bu gün, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Bu gün, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Bu gün, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Bu gün, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Bu gün, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Bu gün, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Bu gün, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Bu gün, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Bu gün, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Bu gün, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Bu gün, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Bu gün, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Bu gün, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Bu gün, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Bu gün, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Bu gün, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Bu gün, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Bu gün, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Bu gün, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Bu gün, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Bu gün, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Bu gün, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Bu gün, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Bu gün, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Bu gün, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Bu gün, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Bu gün, 17:48 Odlu silahdan yaralanan çoban öldü Bu gün, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Bu gün, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48 İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR