10-04-2026, 12:48 261

Ali Məhkəmədən tikinti şirkətləri ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.

BAKU.WS xəbər verir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.

Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.

İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.

Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.

Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.

Paylaş

Xəbər lenti

Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48 Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: "Evimizin yanı yanır..." Bu gün, 14:48 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları Bu gün, 14:48 Brilliant Dadaşova dənizdə üzdüyü görüntüləri paylaşdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb Bu gün, 14:48 Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər Bu gün, 13:48 Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı Bu gün, 13:48 Sabah Bakıya və rayonlara yağış yağacaq Bu gün, 13:48 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı Bu gün, 13:48 Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb Bu gün, 13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB Bu gün, 13:48 İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir Bu gün, 12:48 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər Bu gün, 12:48 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb Bu gün, 12:48 Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48 İTV 21 yaşını qeyd edir Bu gün, 11:48 Sürücülərə həftəsonu ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 10:48 Kəmaləddin Heydərovdan yeni təyinat: Vəzifəyə mayor gətirildi Bu gün, 10:48 Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib Bu gün, 10:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb Bu gün, 10:48 Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb Bu gün, 10:48 Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər Bu gün, 10:48 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu Bu gün, 10:48 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR