29-04-2026, 15:48 174

Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?

"Xaricdən edilən onlayn sifarişlərlə bağlı nəzərdə tutulan dəyişikliklər nəticəsində ilkin mərhələdə sifarişlərin sayında azalma müşahidə olunacaq. Bu, qısa müddətdə dövlət büdcəsinə daxilolmaların artmasına da səbəb ola bilər".

Bunu AVESTA.AZ-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, logistika və daşınma şirkətlərinin fəaliyyətində müəyyən çətinliklər yarana bilər:

"Onlayn ticarət şəbəkəsi ilkin dövrlərdə adaptasiya dövrü keçirəcək və bu mərhələdə müəyyən itkilər qaçılmaz olacaq. Lakin sonradan sistemə uyğunlaşma və yeni şəraitə adaptasiya prosesi baş verəcək.

Gələcəkdə daha çox kiçik sifarişlər deyil, iri həcmli sifarişlərin üstünlük təşkil edəcəyi gözlənilir. "Alibaba", "AliExpress", "Temu" və "Trendyol" kimi beynəlxalq elektron ticarət platformaları da bu dəyişikliklərdən müəyyən payda təsirlənəcək və dövriyyələrində azalma müşahidə oluna bilər.

Bu proses vətəndaşlar arasında müəyyən narazılıqlara da səbəb ola bilər. Çünki yeni qaydalar, qeydiyyat və bəyanetmə prosedurları əlavə inzibati yük yaradır. Eyni zamanda, sifariş prosesinin uzanması və məhdudiyyətlər insanların daha çox daxili bazara yönəlməsinə gətirib çıxara bilər".

AQC sədri əlavə edib ki, bu vəziyyətdə daxili topdansatış şəbəkələri müəyyən üstünlük qazana bilər:

"Çünki vətəndaşların birbaşa sifariş edə bilmədiyi məhsulların topdan şəkildə təmin olunması daxili bazar vasitəsilə həyata keçirilə bilər.

Ümumilikdə, bu proses Azərbaycanda yerli bazarın qorunması məqsədi daşısa da, qısa müddətdə onlayn sifarişlərin əvvəlki asanlığının artıq olmayacağını göstərir. Bu isə müəyyən məhsullar üzrə təklifin azalmasına və daxili bazarda rəqabətin zəifləməsinə, nəticədə isə qiymətlərdə dəyişikliklərə səbəb ola bilər.

Bununla belə, bu addımın dövlət büdcəsinin qorunması, vergi daxilolmalarının artırılması və yerli sahibkarların maraqlarının müdafiəsi baxımından preventiv tədbir olduğu qeyd edilir. Bir müddət sonra isə yaranan narazılıqların azalacağı, yeni sistemə uyğunlaşmanın baş verəcəyi və vətəndaşların bu qaydalara adaptasiya olacağı proqnozlaşdırılır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Bu gün, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Bu gün, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Bu gün, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Bu gün, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Bu gün, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Bu gün, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Bu gün, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Bu gün, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Bu gün, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Bu gün, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Bu gün, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Bu gün, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Bu gün, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Bu gün, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Bu gün, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Bu gün, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb Bu gün, 16:48 Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib Bu gün, 16:48 Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir." Bu gün, 16:48 SOCAR və "Brookfield" enerji infrastrukturu və bərpa olunan enerji layihələrini müzakirə edib Bu gün, 16:48 Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi Bu gün, 15:48 SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün, 15:48 İşimizi şansa buraxmayaq! Bu gün, 15:48 NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ Bu gün, 15:48 Bakıda taksidən istifadə BAHALAŞIB - Ayda 330 manat... Bu gün, 15:48 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM Bu gün, 15:48 Azərbaycan və Tacikistan baş nazirləri görüşdülər Bu gün, 15:48 Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib Bu gün, 15:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR