30-05-2026, 22:48 301

ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur?

Səudiyyə Ərəbistanının İranın da daxil olacağı yeni Körfəz təhlükəsizlik paktı təşəbbüsü regionda gərginliyin azaldılması üçün mühüm addım kimi qiymətləndirilirdi.

Təklif olunan saziş tərəflərin bir-birinə qarşı güc tətbiq etməməsini, daxili işlərə müdaxilə etməməsini və hər hansı regional dövlətə qarşı üçüncü tərəflərlə əməkdaşlıq etməməsini nəzərdə tuturdu.

Lakin diplomatik yaxınlaşma cəhdlərinə baxmayaraq, İran və ABŞ arasında qarşıdurma yenidən kəskinləşib. Vaşinqton və Tehran arasında artan gərginlik, xüsusilə İranın ərəb ölkələrində yerləşən ABŞ hərbi obyektlərini hədəfə alması fonunda regionun gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mövcud vəziyyət hansı ssenariləri vəd edir və Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olurmu?

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, ABŞ və İsrail İran üzərində hərbi əməliyyatla istəklərinə nail olmadılar:

ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur?

"Nə dini hakimiyyət dəyişdirildi, nə uran zənginləşdirilməsindən imtina edildi, nə İranda zənginləşdirilmiş uran ABŞ-yə təhvil verildi. Bununla yanaşı Hörmüzdə İranın yeni keçid qaydaları tətbiq olunmağa başladı. Həmçinin ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələri tərəflər arasındakı toqquşmadan ciddi zərər gördülər. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn İranın əsas hədəfləri arasında yer aldılar. Xüsusilə enerji infrastrukturunun hədəf alınması iqtisadiyyatı böyük ölçüdə enerji ixracına bağlı olan Səudiyyəni ciddi narahat edir. Həmçinin aktiv müharibə Səudiyyənin 2030 vizyonunu təhdid edir. ABŞ-nin mövcud gərginlikdə Körfəz ölkələrini hava hücumlarından müdafiə etməkdə yetərsiz olması onları alternativ çıxış yolları aramağa vadar edir. Bu mənada Səudiyyə Ərəbistanının İranla regional təhlükəsizlik və qarşılıqlı hücum etməmək paktı təklifi ilk növbədə mümkün yeni hərbi qarşıdurma halında Körfəzin, onun infrastrukturunun qorunması və yatırımların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Lakin bu, həm də müharibənin qarşısını ala biləcək bir pakt ola bilər. Belə ki, Körfəz ölkələri izin verməzsə, ABŞ buradakı bazalardan İrana hücum üçün istifadə edə bilməz. Lakin bu məsələdə yekdil rəy yoxdur. Yaxud Körfəz ölkələrinin mövqeyi əsas götürülmür.

Maraqlıdır ki, bu pakt təklifi ortada ikən, Tramp aparıcı müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa səslədi. Başqa sözlə, paktın İsraili də əhatə etməsi halında regional təhlükəsizlik təsis oluna bilər. Əks təqdirdə bu, imkansızdır. İran və İsrailin bir-birinə qarşı açıq düşmənçiliyi fonunda isə bu, həqiqətən də imkansızdır. Həm də son zamanlar İranla sərt münasibətdə olan, İsraillə "İbrahim sazişləri" çərçivəsində ortaq fəaliyyəti dərinləşdirən BƏƏ rəsmiləri Səudiyyə Ərəbistanının təklifinə qarşı çıxmasalar da, İranla uzunmüddətli anlaşma üçün təhlükəsizlik zəmanətlərini şərt olaraq irəli sürüblər. Başqa sözlə, İran regiona sülh və sabitlik bəxş edərsə, regional təhlükəsizlik paktı işləyə bilər. Bu isə, hazırki şəraitə uyğun deyil", - şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İranla dialoqda irəliləyiş əldə edən ölkədir:

"Çinin vasitəçiliyi ilə 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşmanı xatırlatmaq olar. Odur ki, pakt təklifinin Səudiyyədən gəlməsi anlaşılandır. Amma İsraillə müsəlman ölkələri, o cümlədən İran arasında münasibətlərdə normallaşma olmadan hər hansı pakt mümkün deyil. Səudiyyə bu paktı "Soyuq müharibə" dövrünün "Helsinki Aktı"na bənzər tərəflər arasında qarşılıqlı hücum etməmə razılaşmasına bənzətməyə çalışır. Lakin o dövrdə ABŞ, Avropa və SSRİ arasında birbaşa və açıq müharibə yox idi. İndi isə region qaynar müharibə meydanından yeni çıxıb və yenidən hər an müharibə alovlana bilər. Odur ki, Səudiyyə Ərəbistanı müharibə yenidən alovlanarsa, İranla ikitərəfli razılaşma əsasında təhlükəsizliyini qoruya bilər. Regional təhlükəsizliyin təmin olunması üçün isə İranın siyasi və ideoloji yanaşmaları dəyişməlidir", - Ş.Cəlilzadə deyib.

Paylaş

Xəbər lenti

Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR