31-05-2026, 13:48 295

"Bu postlarda hər dəfə bizi yerə yıxırlar, başımıza silah dirəyib elə yoxlayırlar. Demək olar hər gün risk edirik. Bir gün birinin əli tətiyə dəyib bizə nöqtə qoyacaq..." - deyə polşalı fotoqraf Stefane Ukrayna dilində deyinirdi. Baxmayaraq polyak dili Ukrayna dilinə çox yaxındır.

2022-ci ilin mart ayının sonları idi. Hələ də Kiyev və ətrafında nəinki ictimai nəqliyyat, heç taksi fəaliyyəti də bərpa olunmamışdı. Çünki paytaxtı getdikcə üzük qaşı kimi mühasirəyə alan Rusiya ordusu böyük təhlükə yaratmışdı. Bir sıra jurnalistlər, əsasən beynəlxalq mətbuatdan, avtomobillər kirayələyirdilər.

Həmin gün isə bir neçə jurnalist Kiyevin Nivki rayonunda yenicə vurulmuş ərazidən mərkəzə doğru piyada qayıdırdıq. Təxminən 7-8 kilometrlik yolumuz var idi...

Paytaxtda da ən uzağı hər bir kilometrdən bir blokpostlar qoyulmuşdu. Parolu bilməyən və ya görkəmi nabələd olan adamları sərt şəkildə yoxlayırdılar.

Bunlar barədə əvvəlki yazılarda misallar da çəkmişəm.

Müharibə o qədər qəfil və hazırlıqsız qarşılanmışdı ki, Ukraynada qonaq ilə düşməni müəyyən etmək olduqca çətin idi.

İndi də, mən, Türkiyədən və Polşadan olan həmkarlarım geri, mərkəzə doğru qayıdanda azı beş-altı belə post keçəcəkdik.

"Stefane haqlıdır, gəlin postlara yaxınlaşanda əllərimizi yuxarı qaldıraq", - deyə türkiyəli həmkarımın yerli videooperatoru təklif etdi.

"Elə bircə bu qalmışdı. Narahat olmayın, mənim başıma artıq bir neçə dəfə gəlib. Dərhal atəş açmırlar, sadəcə sərt yoxlayırlar", - deyə mən təklifə etiraz edib, onları sakitləşdirməyə çalışsam da, nədənsə, üşənib yaxamdakı "press" yapışqanını bir az yuxarı qaldırdım...

"Antonov" zavodu arxasında posta çatanda ətrafı beton və təkərlərdən olan posta yaxınlaşdıq. Bu dəfə bağırmadılar. Sakitcə gözlədilər.

Elə iki metr qalmışdı ki, bir anın içində dalbadal silah şaqqıltısı ilə beş altı nəfər hərbi və yarım hərbi formada təkərlərin arxasından sıçrayıb qarşımızı kəsib, üstümüzə gələrək yerə uzanmağı əmr etdilər. Hamımız dərhal və sakitcə əməl etsək də, polyak həmkarımız ya təlaşdan ya da əsəbdən bağırmağa başladı. Onun ayağının altına bir iki güllə atdılar. Hərbçilərdən aralarında olan bir qadın növbəti atəşi onun başına tuşlamağa hazırlaşanda, sanki bu, Stefaneni ayıltdı. Tez tappıltı ilə yerə uzandı və əlini başının arxasına qoydu. Yanakı, yerə uzanmış halda bunları seyr edirdim. Amma tək seyr etmirdim, heyrətdən donub qalmışdım...

Təxminən yarım saatlıq belə yoxlanışdan sonra bizi qaldırdılar, hətta üzrxahlıq edib buraxdılar. Bunlardan sonra bizi daha belə iki blokpost gözləyirdi. O postları da təxminən eyni qaydada keçdik...

Aradan təxminən bir ay keçdi. Artıq Rusiya ordusu Kiyev ətrafından çəkilib getmişdi. Paytaxtda həyat qismən axara düşmüşdü. Çoxdan müsahibə ilə bağlı etdiyim müraciətə də müsbət cavab gəlmişdi. Müsahibim həmin vaxt Ukraynanın daxili işlər naziri Denis Monastriskiy idi. Ukraynada daxili işlər naziri geniş səlahiyyətə malikdir. Belə ki, ona polis sistemindən savayı, milli qvardiya, sərhəd xidməti, miqrasiya, fövqəladə hallar kimi xidmətlər də tabedir.

Mosnatrskiy ilə geniş müsahibəmiz oldu. Bu, müharibənin başlanmasından iki ay sonraya təsadüf edirdi və bu müddətdə verdiyi ilk müsahibə idi. O, müsahibəsində qəfil müharibənin ilk günlərindəki xaosa nəzarətdən tutmuş, prezidentə sui-qəsd cəhdlərinə, diversiya qrupları ilə küçə döyüşlərinə qədər hər şeyə toxundu. Xeyli məsələlərdən, hətta həmin dövr üçün riskli olan mövzulardan danışdı.

Müsahibədən sonra ayaqüstü söhbətimizdə isə, verdiyi geniş izahdan sonra belə anladım ki həm Ukrayna, həm də bu ölkədəki mənim kimi qonaqlar yaşadığımız günlərin ciddiyyətini o qədər də fərq etməmişik.

- Yaxşı ki sağ qalmışıq.. - deyə mən nazirə yüngülcə reaksiya verəndə, o azacıq gülümsədi:

- Bəli. Və buna mən çox şadam. Amma anlayışla qarşılayın ki, durduğumuz yerdə nəinki qəfil böyük ordunun, hətta içəridə gözləmədiyimiz, kamuflyaj olmuş diversiya qruplarının hücumuna da məruz qala bilərdik. Bunun öhdəsindən gəlmək lazım idi. Bunun da yeganə çarəsi sərt olmaq idi...

- Yəni?

- Yəni şəxsən əmr vermişdim ki, şübhəli bilinib, şəxsiyyəti çətin müəyyənləşəni yerindəcə güllələsinlər.

- Belə çıxır ki, məsələn, məni Allah saxlayıb... - deyə blokpostlar ilə bağlı başıma gələnləri xatırladanda, nazir sözümü kəsdi:

- Bilirəm... Gəlin belə danışaq, siz də 30 il müharibə şəraitində yaşamısınız. Azərbaycanlılar üçün erməni diversantları müəyyən etmək o qədər də çətin deyil. Ən azı şalvarını, tumanını çıxarıb dininizin tələbləri sayəsində fiziki fərqlə bunu müəyyənləşdirə bilirdiniz. Amma biz necə edək? Bizə hücum edənlər də pravoslavdır, biz də... Məsələn, o da İvandır, mən də.. O da sarışındır, mən də.. Bunu sadalamaq mənim üçün çətindir...

O, söhbətimizdən də əvvəl müsahibə zamanı çox şeydən danışdı. Prezidentə sui-qəsd cəhdlərinin iki ayda (mart-aprel 2022) 250-dən çox olmasını, hakimiyyət içindəki ölkəyə qarşı satqınları və sair işarə verdi. Bunun ardınca bir ay sonra D.Monastrskiy mətbuata eyni tonda daha bir müsahibə verdi. Ardınca ona qarşı yerli mətbuatda müxtəlif iddialar səsləndi. Beş ay sonra isə, məlum olduğu kimi, Kiyevdən Xarkova uçmaq istəyərkən helikopter qəzasında həlak oldu... İndiyə qədər də qəzanın səbəbləri açıqlanmır...

Mübariz Aslanov

Paylaş

Xəbər lenti

Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər Bu gün, 13:48 Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı Bu gün, 13:48 Sabah Bakıya və rayonlara yağış yağacaq Bu gün, 13:48 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı Bu gün, 13:48 Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb Bu gün, 13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB Bu gün, 13:48 İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir Bu gün, 12:48 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər Bu gün, 12:48 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb Bu gün, 12:48 Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48 İTV 21 yaşını qeyd edir Bu gün, 11:48 Sürücülərə həftəsonu ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 10:48 Kəmaləddin Heydərovdan yeni təyinat: Vəzifəyə mayor gətirildi Bu gün, 10:48 Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib Bu gün, 10:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb Bu gün, 10:48 Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb Bu gün, 10:48 Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər Bu gün, 10:48 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu Bu gün, 10:48 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48 Sürücülərə həftəson ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 09:48 Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik Bu gün, 08:48 Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq Bu gün, 08:48 Tərtərdə kişi su kanalında boğulub Bu gün, 08:48 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər Bu gün, 08:48 Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR