
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.
Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb ediliblər. Hazırda şəxsin axtarışları davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.